Samir Musayev: "Neftçi"yə baş məşçqi lazımdı", "Qəbələ" və "Bakı" lazımsız..."
Bu gün 2013/2014 mövsümün başa çatacaq. Cari mövsüm maraqlı mübarizə şəraitində keçdi. Premyer Liqada çempion və gümüş mükafatçının adı məlumdu. Yalnız bürünc mükafatçı və Premyer Liqanı tərk edəcək klubun adı hələ də məlum deyil. Daimi ekspertimiz, "Qarabağ"ın sabiq hücumçusu, hazırda U-19-un baş məşqçisi olan Samir Musayev bütün klublarda haqda fikirlərini bildirib. Premyer Liqadakı turnir cədvəli şəklində hər klub haqda fikirlərini bildirən Musayev belə danışıb:
1. "Qarabağ" - "Qarabağ" bu il Azərbaycana yeni futbol gətirdi. Komandanın seleksiya işi çox yüksək səviyyədə oldu. Gətirilən 10 futbolçudan 9-u əsas heyətin üzvü oldu. Baxımlı futbol oynadılar, stabil çıxış etdilər. Bir-iki oyunu çıxmaq şərtilə "Qarabağ" mövsümü yüksək səviyyədə keçirdi. Qurban müəllim çempion komanda yaratmaq üçün 4 il səbr etdi. Rəhbərlik də ona güvəndi və inandı. Nəticəsi də "Qarabağ" çempiondu!. Bütün avrokuboklarda çıxış edən klublarımıza uğurlar arzu edirəm. İnşallah hamısı qrup mərhələsində çıxış edər. Başda "Qarabağ" olmaq şərtilə.
2. "İnter" - "Stabil və baxımlı oynadılar. Çempionatın əvvəlində çox zəif təsir bağışlayırdılar. Bunun da səbəbi var idi. Çünki baş məşqçi komandadan 7-8 futbolçu göndərdi. Hansı ki onların hamısı əsas heyət üzvü idi. Göndərilənlərin əvəzinə isə 7-8 yeni və əlavə də gənc futbolçular gətirildi. Əlbəttə ki, belə olan halda komandanın oyununa mütləq təsiri olacaqdı. Amma baş məşqçinin işi özünü göstərdi. Azərbaycana gəlmiş-getmiş ən savadlı əcnəbi baş məşqçi mənim üçün Kaxadı. Əgər o, getsə Azərbaycan futbolu çox şey itirəcək. "İnter" də Azərbaycana yeni futbol sistemi gətirdi. Hər halda Avroliqada uğurlu çıxış etmək üçün yeni transferlər lazımdı. "İnter"in də ümumi çıxışı yüksək səviyyədə oldu".
3. "Neftçi" - "Yaxşı oynadılar. Yerli və legionerlər komandanın uğurunda böyük rol oynadılar. Bəzən istisna olmaqla, komandada seleksiya işi düzgün aparılır. Acaq "Neftçi" yeni baş məşqçi lazımdı. Komandanın Avropa Liqasında uğur qazanması üçün heyətini daha da gücləndirməlidi. Bu heyətlə keçən ilki uğuru qazanmaq çətin olacaq. Ümumi çıxışı normal oldu".
4. "Qəbələ"- "Azərbaycan futboluna örnək olacaq işlər görülür. Komanda rəhbərliyini buna görə alqışlayıram. Ancaq "Qəbələ" bayaq adını çəkdiyim klublardan fərqli olaraq oyunçu seçimi düzgün aparılmadı. Lazımsız futbolçular transfer elədilər. Komandanın oyunu, üslubu olmalıdı. Futbolçulara uyğun taktika seçərsən. Ya da əlində olan taktikaya uyğun futbolçu transfer edərsən. Ancaq baş məşqçi bunların heç birini edə bilmədi. Futbolçuları fərdi şəkildə yaxşıdı. Uğur da buna bağlıdı. Ancaq Avropada uğur qazanmaq üçün komanda oyunu lazımdı. Çempionatda futbolçular arasınad problemlər oldu".
5. "Bakı"- "Oyunçu seçimi düzgün olmadı. Lazımsız əcnəbi futbolçular transfer edildi. Hansıki yerli gənclərə şans verilsəydi, "Bakı" daha yaxşı çıxış edərdi. Belə komandanın aşağı səviyyədə çıxışı əlbəttə ki, yaxşı deyil. Bir oyun üslubu olmalıdı. Amma "BakI"da üsluba görə futbolçu yoxdu. Baş məşqçi bu işdə uğur qazana bilmədi. Bəzən futbolçularla futbolçu arasında, bəzən də baş məşqçi ilə futbolçu arasındakı problemlər "Bakı"nın çıxışına mənfi təsir göstərdi. Ümumi çıxışı çox zəif oldu"
6. "Xəzər Lənkəran"- "Komandanın belə çıxışınını düzü gözləmirdim. Rəhbərlik oyunçu seçimində yanıldı. Baş məşqçi dəyişikliyi də komandanın oyununa mənfi təsir elədi. Belə şəraiti olan, bu qədər büdcəsi varkən komanda Avropa Liqasına vəsiqə qazanmalı idi. Ancaq olmadı. Stabil oynamadılar. Çıxışı aşağı səviyyədə oldu".
7. "Simurq"- "Bu komanda müstəqil olsa, Avroliqaya düşə bilər. Azərbaycan futbolu bu bir neçə komanda var ki, onlara görə nəsə qazandı. "Simurq"da onlardan biridi. Çempionatda çıxışı stabil olmadı. Ümumi çıxışı normal oldu".
8. AZAL- "Başlanğıcda nəsə etməyə çalışdılar. Sonra getdkcə çempioantda rəqabətə dözmədilər. Ona görə də AZAL-a 2 qiymətini verərdim"
9. "Sumqayıt"- "Deyərdim ki, çempionatın başlanğıcında bu komanda zəif çıxış etməsinə baxmayaraq sonlara yaxın çox şeylər qazandı. Cavan futbolçular qazandı. Yerli oyunçular təcrübə qazandı. Gələn çempionatda yüksək yerlə uğrunda mübarizə aparmaq üçün özlərinə inam gəldi. Sürətli futbol oynadılar. Gənc və yerlilərə üstünlük verdikləri üçün yaxşı çıxış etdilər. "Sumqayıt"In işini yüksək qiymətləndirirəm".
10. "Rəvan"- "Bu komandanın çempionatdakı çıxışını başa düşmədim. Nəyə görə oynadığını da bilmədim. Yəqin "Rəvan"ın məqsədi heç kimə bəlli deyil. Bir komanda bir mövsümdə bu qədər məşqçi dəyişməz. Dəyişikliklər komandanın oyununa çox təsir etdi. Beş ballıq sistemdə "Rəvan"a bir verərdim".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |