"Neftçi"nin oyununda 4 jurnalist və bir neçə azarkeş həbs edildi

01.08.2014 | 5605 dəfə oxunub

Ötən gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda baş tutan “Neftçi" - "Çixura" oyunu böyük qalmaqala səbəb oldu. Stadium.az saytı xəbər verir ki, oyun saatında da xəbər vermişdik, gürcü azarkeşlər  tribunada Azərbaycan dövlətinin əazi bütövlüyünə zidd olan bayrağ asmışdılar. Gürcüstanın xəritəsi yer alan bu bayrağda ölkmizin bir neçə razyonunun da adı yazılmışdı. Konkret olaraq Qax və Zaqatala rayonları Gürcüstan ərazisi kimi təsvir olunub və  "This is Georgia" ("Bu, Gürcüstandır") sözləri yazılıb.

Əvvəlcə buna azərbaycanlı azarkeşlər narazılıq etdi və bununla da iki tərəf arasında narazılıq yarandı. Polisin müdaxiləsindən sonra bayraq yığışdırıldı və bu bayrağın müəllifi stadiondan uzaqlaşdırıldı.

Oyun başa çatandan sonra isə olay daha da böyüdü. Gürcüstanlı azarkeşləri nəzarətdə saxlayan polis və digər təhlükəsizlik idarələrinin əməkdaşları qarşılaşma başa çatandan sonra bir neçə gürcü azarkeşi həbs etdi. Onlar Post Patrul maşınında polis bölməsinə aparıldılar. Polisimizin qoluna qüvvət, o azarkşləri əlüstü yaxşıca döydülər də.

Məhz bu olayları bir neçə gürcüstanlı jurnalist kameraya çəkirdi. Polis isə onlara “oyunu çəkdiz yaxşı elədiz. Daha oyun qurtarıb, siz də çəkməyin, bəsdirin daha” sözlərini ünvanladılar. Onlar iə buna heç bir məhəl qoymadan çəkməkdə davam edirdilər.

Mülki geyimdə olan bir şəx isə gürcülərin əmrə tabe olmaması barədə “yuxarı”ya məlumat verdi. O tərəfdən hansı məlumatın gəlməsin konkret eşitməsək də, aydın oldu. Çünki bu danışıqdan dərhal sonra həmin şəxs yanındakı polislərə “ə bunları basın maşına aparın” əmrini verdi. Himə bənd olan polislər isə dərhal 4 gürcüstanlı jurnalisti qomarqalayaraq maşına basdılar. Onlar da hansısa polis bölməsinə və ya idarəyə aparıldılar.

Tribunada olan azarkeşlər isə oyunun başa çatmasından 2 saat keçməsinə baxmayaraq, stadiondan buraxılmamışdı. Onların xüsusi nəzarətdə nə üçün saxlandıqlarını isə konkret müəyyənləşdirmək mümkün olmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail