Leroy Corc: "Tvente"ni keçməliyik"

09.08.2014 | 4439 dəfə oxunub

“Komanda yoldaşlarımdan biri mənə zəng vurub, pley-off mərhələsində “Tvente” ilə qarşılaşacağımızı dedi. Əvvəlcə inanmadım. Doğma ölkəmin komandası ilə qarşılaşmaq maraqlı olacaq”. Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hollandiyalı futbolçusu Leroy Corc deyib.

 Hollandiya mətbuatına danışan yarımmüdafiəçi Avroliqanın pley-off mərhələsində “Qarabağ”ın Enshede təmsilçisi ilə üz-üzə gəlməsinə münasibət bildirib.

“Ölkəmdə “Tvente”yə qarşı oynamaq yaxşı olacaq. Komandamız Çempionlar Liqasında qrupa yüksələ bilmədi. Biz Avroliqanın qrupunda oynamaq istəyirik. Bunun üçün pley-off qarşılaşmalarında qalib gəlməliyik. Əslində, şansımız az deyil. Güclü komandayıq və arxamızda bütün Azərbaycanın azarkeş ordusu var. Onların bizə olan etimadını doğrultmaq üçün qələbə qazanmaq istəyirik. Təbii ki, “Tvente” güclüdü, amma favort deyil. “Zalsburq”la oyunlarda da rəqibi aşkar üstün sayanlar var idi. Onlara böyük hesabla məğlub olacağımızı söyləyənlər gördülər ki, biz evdə Avstriya komandasını məğlub etdik. Səfərdə də nəticə əldə edə bilərdik. Sadəcə, müəyyən səhvlərimiz oldu. İndi də “Tvente” kimi güclü komanda ilə oynayacağıq. Bakıda qələbə qazanmağa çalışacağıq. Mən azarkeşlərimizi yenə sevinc içində görmək istəyirəm. Bu komandalar 4 il əvvəl görüşüblər və həmin oyunlarda Hollandiya klubu mərhələ keçib. Amma bu dəfə əksinin olması üçün meydana  çıxacağıq. Bizim də Avropa təcrübəli komandamız var. Bundan istifadə etməyə çalışmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail