Əmrah Çəlikəl: "Qarabağ” Həmin komanda deyil" - MÜSAHİBƏ

09.08.2014 | 4961 dəfə oxunub

“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl komandanın Avropa Liqasının “play off” mərhələsində “Tvente”ylə düşməsiylə bağlı Stadium.az saytına müsahibə verib:

- Əmrah bəy, püşkatma barədə fikirlərini bildirsəz yaxşı olardı...

Biz “Tvente”ni çox yaxşı tanıyırıq. Hər iki klub rəhbərliyi arasında çox yaxşı münasibətlər var. Amma bunun rəqib olmağımıza heç bir aidiyyatı yoxdur. Baş məşqçimiz yəqin ki, hazırkı “Tvente”ni yaxşıca dəyərləndirəcək. İnşəAllah “Tvente”ni keçib qrupa düşərik.

- “Tvente” indi o vaxt “Qarabağ”la oynayan “Tvente” deyil. Razısız bununla?

- Razıyam desəm, yalan olar. Əsas məsələ odur ki, “Qarabağ” da həmin komanda deyil. O vaxtla müqayisədə indi daha güclü “Qarabağ” var. İndi daha oturuşmuş heyətə malik komandamız var. Futbolçular həm oyun, həm də Avropa təcrübəsi daha çoxdur. İstənilən halda o vaxtkı komandadan daha güclüyük.

- Məndə elə bunu deyirəm də. “Tvente” zəifləyib, “Qarabağ” isə güclənib...

- İnAllah bu cür də olar və turu biz keçərik. Kaş ki, belə olsun. Biz də elə bunu istəyirik.

- “Qarabağ”a 5 komanda – Zaqreb Dinamo"su, "Tvente", PAOK, "Rapid" və “Trabzonspor" rəqib ola bilərdi ki, püşk bəxtimizə hollandları çıxartdı. Razı qaldız bu nəticədən?

 - Belə deyim də, demək ki, qismətimizdə yenə “Tvente” varmış. Təbi ki, razı qalçalıyıq. Əlimizdən gələnin ən yaxşısını edib, turu keçib, qrupda oynamağa çalışacağıq. Bunu etməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail