Viktor Mendi "Bakı"dan çəkindiyini etiraf etdi

23.08.2014 | 3415 dəfə oxunub

“Çox sevinirəm ki, "Qəbələ"də indiyə kimi meydana çıxdığım 90 matçda yaxşı oyun nümayiş etdirmişəm. Ümid edirəm ki, yenə də oyunumla komandama xeyir verəcəyəm. Bununla da “Qəbələ”nin mövsüm ərzində uğurlar əldə etməsinə kömək edəcəm”.

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Viktor Mendi Azərbaycan Premyer Liqasının üçüncü turunda "Bakı" ilə oyun öncəsi klubun saytına deyib.

“Qəbələ”nin heyətində vurduğu 25 qoldan 5-i “Bakı” ilə görüşlərdə rəqib qapısından keçirən seneqallı hücumçu bu uğurunu davam etdirmək iddiasında olduğunu bildirib:

“Ümid edirəm ki, fərqlənməyə davam edəcəyəm. Bu komandaya qol vura bilsəydim, özümü xoşbəxt hiss edərdim. Hücumçu üçün ilk qol önəmlidir. Çünki adətən ilk qolu vurduqdan sonra davamı da olur”.

V.Mendi rəqib haqda da danışıb:

“Bakı” ilə oyun çətin olacaq. "Bakı"dan çox futbolçu ayrılıb. Amma biz yenə də çalışacağıq ki, qalib gəlib, növbəti 3 xalımızı əldə edək”.

 "Qəbələ"nin futbolçusu bildirib ki, Azərbaycan Premyer Liqasının ikinci turunda "Araz Naxçvan" üzərində 1:0 hesablı qələbə növbəti uğurları üçün təkan olacaq:

 “Çox yaxşı oyun oldu. Premyer Liqada ilk 3 xalımızı qazandıq. Növbəti matçlarda qalib gələrək 3 xalımızı  artırmalıyıq” (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail