Ölkəmizdən qaçan baş məşqçi danışdı: "Bu şərtlər altında işləyə bilməzdim" - MÜSAHİBƏ

05.10.2014 | 4369 dəfə oxunub

Futzal üzrə millimizin və "Araz" klubunun keçmiş çalışdırıcısı Joze Alesio da Silva Qazaxıstan mətbuatına müsahibə verib. Stadium.Az həmin ölkəmizdən qaçan baş məşqçinin müsahibəsini təqdim edir:


- Joze, siz "Araz” və Azərbaycan yığmasının baş məşqçisi olmusunuz. "Kayrat”a isə ikinci məşqçi kimi gəlmisiniz...
- Mən Azərbaycanda 5 il işlədim. Son 3 ildə rəhbərlikdən işləri yaxşı təşkil etməyi, struktur qurmağı, infrastrukturu inkişaf etdirməyi, gəncləri yetişdirməyi xahiş etdim. Təəssüf ki, bu baxımdan irəliləyiş olmadı. Kakaudan onun köməkçisi olmaq təklifi gəldi. Onunla danışdıq və birgə işləməyə qərar verdik. "Kayrat”da klub strukturu qaydasındadır. Bu, bütün sahələrdə peşəkar klubdur.
 
- Siz Azərbaycan KİV-inə müsahibənizdə orada qalacağını demişdiniz...
- Azərbaycanda qalmaq və daha da çox işləmək istəyirdim. Bayaq söylədiyim kimi, son 3 ildə rəhbərliyə struktur qurmaq, işləri yaxşı təşkil etmək, keyfiyyətli toplanışlar keçirmək lazım olduğunu deyirdim. Cavabında isə eşidirdim ki, gəl bunu sonra edək. Sabah isə nəticəyə görə mən cavabdeh olurdum.
 
- Azərbaycan Futzal Federasiyasının rəhbəri Zaur Axundov deyib ki, siz sadəcə oradan qaçmısınız...
- Mən iki dəfə ona yaxınlaşdım, dedim ki, "Kayrat”dan mənə təklif var. Hər dəfə də bu cavabı eşitdim: sakitləş və get işini gör. Lakin artıq bu şərtlər altında işləyə bilməzdim. Hər il komandadan oyunçular gedir və yeni komanda qurmaq lazım gəlirdi. Bu da vaxt aparırdı. "El-Poso”, "Barselona”, "Dinamo”dakı kimi işləmək istərdim. Orada komandanın özəyi uzun illər qorunub saxlanılır və heyətə 1-2 oyunçu əlavə olunurdu. Belə işləmək çox çətindir. Bu müddətdə Zaura təşəkkür edirəm. O mənə işimdə çox köməklik etdi.
 
- Zaur Axundov həmçinin UEFA-dan sizin cəzalanmağınızı tələb edəcəyini deyib...
- Əlbəttə, bu onun hüququdur. Bilirəm ki, mənim may ayına qədər mövcud olan müqaviləm var. "Kayrat”ın hüquqşünası deyib ki, biz hazırkı müqaviləni poza bilərik. Azərbaycanda məndən inciyənlərin çoxu dostlarımdır. Heç kim istəmirdi ki, mən gedim. Ancaq mən peşəkaram və irəli doğru addım atmalıyam. Mən "Araz”a gələndə o, reytinqdə 37-ci idi, indi isə 3-cüdür. İki dəfə UEFA Kubokunun bürünc medallarını qazanmışıq. Azərbaycan yığması rəhbərliyim altında 3 dəfə Avropa çempionatının final mərhələsinə çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail