Böyükağa Hacıyev: "O sözlər mənə aid ola bilməz"

02.12.2014 | 3865 dəfə oxunub

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizi Norveçlə oyuna baş məşqçi qismində çıxaran Mahmud Qurbanovun maraqlı fikirlər səsləndirməsi səs-küyə səbəb olub. Qurbanovun "Heç efirdə, mətbuatda almanı tənqid etmirdilər. Hələ deyirdilər ki, Foqts düz edir. Peşəkar futbolçu hər mövqedə oynamalıdı. Ancaq Nazarovu meydana buraxmamışam deyə məni az qala xalq düşməni çıxarırlar. 6 ildir danışmağa özündə cürət tapmayanlar noyabrın 17-dən ağızlarını açıb, gözlərini yumublar. O da maraqlıdır ki, məni tənqid edənlər, heyəti müəyyənləşdirərkən səhv etdiyimi söyləyənlər nədənsə oyundan öncə və sonra Norveçi ictimaiyyətə zəif rəqib kimi qələmə verməyə çalışırdılar” fikirləri böyük müzakirəyə səbəb oldu.
Goal.az xəbər verir ki, Mahmud Qurbanovun mətbuatda yerli mütəxəssisləri tənqid etməsinə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev öz münasibətini bildirib. Saytımıza açıqlamasında “Neftçi”nin keçmiş baş məşqçisi bunları söylədi:

"Mənə elə gəlir ki, o sözlər mənə aid ola bilməz. Çünki Foqts dövranında onu ən çox qılınclayan mən olmuşam. Mən 6 il ərzində Foqtsa qədərindən artığın demişəm. Mahmud Qurbanov bir oyuna komanda çıxardanda, mən onu qədərincə dəstəkləmişəm. Mən demişdim ki, 10 gün müddətində Mahmud Qurbanovdan heç nə tələb eləmək olmaz. Foqtusn 6 illik fəlsəfəsini Mahmud 10 gündə komandadan çıxarda bilməz.
Mahmud ümumi danışmasın, adların qoysun üstünə, ünvanlasın. Əgər o siyahıda Böyükağa Hacıyev adı varsa, mən onun bu sözünə cavab verməyə hər dəqiqə hazıram. Qurbanov bizim gənc məşqçilərdəndir. Həqiqətən də haqlı tələb irəli sürür. 6 ildə Foqtsdan istəmədiyimizi 10 gündə Mahmuddan istəyirik. Məşqçi kimi olmasa da, futbolçu kimi böyük praktikası var. Azərbaycanda "professor" ləqəbi qazanmış bir futbolçu olub. Gəlin, Mahmud Qurbanovun işinə qıraqdan müdaxilə etməyək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail