Robert Prosineçki: "Bu məsələ barədə gələn həftə açıqlama verəcəm" - MÜSAHİBƏ

08.12.2014 | 3379 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Premyer Liqanın “Xəzər Lənkəran” – “Qəbələ” oyunundan (3:0) sonra jurnalistlərin sualların cavablandırıb: 

- Bu gün izlədiyiniz Premyer Liqamızın matçları ilə bağlı nə deyə bilərsiz?

- “Qarabağ” - “Neftçi” oyununun yalnız birinci hissəsini izləyə bildim.  Bilmirəm, üstünlük əldə etmək üçün niyə çətinlik çəkirdilər. Açığı, bu  həmin oyunu bəyənmədim. Amma “Xəzər Lənkaran” - “ Qəbələ” görüşü daha maraqlı idi. “Xəzər Lənkaran”ın oyununu çox bəyəndim. Çox yaxşı oyun sərgilədilər və meydanda sonnadək mübarizə apardılar.

- “Qəbələ”də çıxış edən  millinin üzvləri haqda nə düşünürsüz?

-  “Qəbələ” ümumən çox pis təsir bağışladı. “Qəbələ”də heç bir oyunçu məni qane etmədi. Onların oyunu alınmadı.

- U-21 yığmasına yeni baş məşqçinin gətirilməsi ilə bağlı AFFA sizinlə məsləhətləşibmi?

- Bəli, bu barədə danışıqlarımız olub. Biz də öz təkliflərimizi irəli sürəcəyik.Bizdən əlavə Məşqçilər Komitəsinin də öz təklifləri olacaq. Bu, vacib məsələdir. Çünki demək olar ki, U-21 üzvləri gələcəkdə əsas millinin oyunçuları olacaqlar. Amma məşqçinin yerli və ya əcnəbi olacağı ələ bilinmir.

- Oyununu izlədiyiniz komandaların gənc futbolçuları sizi qane edirmi?

- İlk günlərdən oyununu bəyəndiyim gənc futbolçular var, bu oyunlarda da oldu. Gələcəkdə əsas millinin heyətində həmin futbolçulardan bəzilərini görə biləcəksiz. Mən yaxşı oyunçunu qiymətləndirirəm. Fərqi yoxdu gənc və ya yaşlı. Özünü sübut edən hər bir futbolçu millyə düşmək şansı əldə edəcək.

- Köməkcilərinizin kim olacağı məlumdurmu?

- Bu məsələ barədə gələn həftə açıqlama verəcəm. Hələlik köməkçilərimin kim olacağı məlum deyil.

-Azərbaycan millisini necə formalaşdıracağınızla bağlı artıq qəti fikrə gəlmisinizmi?

- Bəli, izlədiyim oyunlardan sonra artıq necə oynayacağımız, milli komandanın əsas məsələləri ilə bağlı son qərarımı vermişəm. Amma bunu hələlik mətbuatda açıqlamaq istəmirəm.. Hələlik köməkçilərimin kim olacağı məlum deyil.

-Azərbaycan millisini necə formalaşdıracağınızla bağlı artıq qəti fikrə gəlmisinizmi?

- Bəli, izlədiyim oyunlardan sonra artıq necə oynayacağımız, milli komandanın əsas məsələləri ilə bağlı son qərarımı vermişəm. Amma bunu hələlik mətbuatda açıqlamaq istəmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail