Məcidov Samirə, Abdullayev Naderə qarşı

08.12.2014 | 2436 dəfə oxunub

AİBA Pro Boxing (APB) turnirində mübarizə aparan Məhəmmədrəsul Məcidov (+91 kq) və Tamerlan Abdullayevin (69 kq) növbəti rəqibləri bəlli olub. Stadium.Az xəbər verir ki, 2 qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məcidov dekabrın 19-da rinqə çıxacaq. Milli komandamızın üzvü misirli Əhməd Samirlə üz-üzə gələcək.

30 yaşlı Samir Nyu Yorkda peşəkar boksla məşğul olub. Ancaq o, APB turnirində hər iki görüşdə uduzub. Superağır çəki dərəcəli boksçu əvvəlcə almaniyalı Erik Pfeyferə, 2-ci mərhələdə isə rusiyalı Maqomed Omarova məğlub olub.

Abdullayev isə dekabrın 20-də avstriyalı Markos Naderlə qarşılaşacaq. 24 yaşlı Nader də əvvəllər peşəkar boksla məşğul olub. O, 1-ci mərhələdə keniyalı Rayton Okviriyə, ötən ay isə litvalı Eimantas Stanionisə uduzub.

Hər iki görüş saat 19:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

Qeyd edək ki, Məcidov noyabrda APB-də debüt edib və ukraynalı Sergey Verveykonu 2-ci raundda nokautla üstələyib. Tamerlan isə ilk döyüşündə macarıstanlı Qyula Katedən üstün olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.04.2020

08.04.2020

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ