Rəşad Sadıqov: "Belə fürsət mənim üçün bir də olmayacaq"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "İnter"lə oyundan sonra matç haqda jurnalistlərə danışıb. Stadium.az xəbər verir ki, Rəşad üzgün olduğunu ifadə edib:
"Hamımıza zənglər gəlirdi ki, bəs hakim niyə belə etdi? Baş kakim epizoda çox yaxın idi. O, 15 saniyə yan xətt hakiminin nə dediyini anlaya bilmirdi. Sonradan necə oldusa, yan xətt hakimi onu başa saldı ki, qol oyundan kənar vəziyyətdən vurulub.
Bəlkə də, belə fürsət mənim üçün bir də olmayacaq. Əlimizdən gələn hər şeyi etdik. Qalib gəlmək üçün çox istəkli idik. Lakin alınmadı. Söz tapmıram danışmağa. Çox deyirdilər ki, "Qarabağ"ın artıq iki heyəti var. Ancaq bu oyunda meydana buraxmağa futbolçumuz yox idi. Meydançaya müdafiəçi daxil olurdu. Braziliyalıların hesabına oynadığımızı söyləyirdilər. Amma braziliyalılardan cəmi bir nəfər qalıb. Heyətimizdə də çox problemler var. "Neftçi" ilə oyunda da, bu görüşdə məcburiyyətdən eyni heyətlə oynayırdıq. Dəyişiklik etməyə imkanlarımız olmadı. Amma fikirləşirəm ki, bu görüşdə çox ağıllı oynadıq.
Bilirdik ki, "İnter"in gənc oyunçuları məşqçiyə özlərini sübut etməyə çalışacaqlar. Biz də ağıllı oynayaraq, rəqibi əks hücumda yaxalamağa çalışırdıq. Yaxşı hücumlarımız da oldu. Rəqib isə əksinə qapımıza heç bir hücum edə bilmədi. Bəlkə də, qol olmasaydı adam bu qədər heyfslənməzdi. Qolun qeydə alınmaması bizi çox məyus etdi. Bəlkə də həmin epizod illərlə yadımızdan çıxmayacaq. Bəlkə də Azərbaycan klublarının heç belə bir şansı olmayacaq. "İnter"in futbolçusu da matçdan sonra deyirdi ki, həmin epizodda oyundan kənar vəziyyət yoxdur. Mən də baş hakimə yaxınlaşdım ki, özləri deyirlər ki, təmiz qoldur. Amma artıq qərar deyişə bilməzdi. Bütün komandaya təşəkkürümü bildirmək istəyirəm. Bu qədər təzyiq qarşısında belə bir adlı-sanlı komandaya qarşı lazım olan oyunu oynadılar və sonacan mübarizə apardılar. Bu qrupda keçirdiyimiz ən yaxşı oyun idi".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |