Futbolçuların səcdəyə getməsi günahdırmı? HACI ŞAHİN DÜZ DEYİR, YOXSA CÜBBƏLİ AHMET?

05.01.2015 | 6715 dəfə oxunub

Dünya futbolunda namaz qılan çoxlu sayda futbolçu var. Daha doğrusu, artıq namaz qılmaz futbolçular arasında geniş yayılıb. Hazırda Avropa yaşıl meydanlarında çıxış edən futbolçuların böyük əksəriyyəti namaz qılır. Bunu onlar öz oyunlarında açıq şəkildə göstərirlər. Bir çoxları isə qol vurduqdan sonra alınların yaşıl zəminin üstünə qoyaraq torpağa səcdə etdiklərin nümayiş etdirirlər. Belə futbolçular isə olduqca çoxdur. Onlardan biri də "Beşiktaş" klubunun seneqallı hücumçusu Demba Badır. Ba hər dəfə qol vurduqdan sonra torpağa səcdə edir. Bu məqam İstanbulun "İsmailağa Cemaati" məscidinin axundu Cübbeli Ahmed Hocanın da diqqətindən qaçmayıb. İş ondadır ki, rəqib qapısına hər dəfə qol vurandan sonra sevincini səcdəyə getməklə ifadə edən futbolçunun hərəkəti Ahmet Mahmut Ünlünün (red. Cübbeli Ahmet) etirazına səbəb olub.Cübbəli Ahmet kimi tanınan din adamı bu məsələyə belə reaksiya verib:

"Aktyorlardan, idmançılardan, məşhurlardan kim İslama uyğun jest etsə, məmnun olarıq. Çünki gündəmə İslam gəlir. Azyaşlı nəsil bu hərəkətin hansı anlama gəldiyini öyrənmək istəyər. Amma şükür səcdəsində qibləyə yönəlmək lazımdır. buna görə, qol vuranda istədiyin tərəfə əyilib səcdə edə bilməzsən. Bu caiz deyil (yəni bəyənilmir), əksinə günahdır. Səcdəni qiblədən qeyrisinə etmək küfrdür. Təhlükəli bir şeydir".

Cübbelinin bu açıqlamsından sonra müzakirə üçün yeni mövzu meydana çıxıb. Çünki səcdə ilə qol sevincini paylaşan futbolçular da fərqli düşüncədədir. İlahiyyatçılar arasında isə "səcdə sevinci" ilə əlaqədar başqa fikirlər var. Məsələn, professor Hayri Kırbaşoğlu bu səcdənin mübah, yəni icazə verilən olduğunu söyləyir.

Bu mövsüm "Beşiktaş"da 20 oyuna çıxan Demba Ba 16 qolun hamısı səcdə ilə müşaiyət olunub. Mustafa Yatabare, Musa Sou, qapıçı Tolqa, son vaxtlar Arda Turan da səcdə "ənənəsi"nə riayət edir.

Bəs Azərbaycanda? Götürək elə "Qarabağ” klubun. Ölkəmizi Avropa Liqasında uğurla təmsil edən bu komandanın bütün müsəlman – yerli futbolçuları namaz qılır. Maraqlısı odur ki, Ağdam klubunun futbolçularıda daimi olaraq qoldan sonra, hətta sevindikləri zaman başqa futbolçular da səcdəyə gedirlər. Məsələyə Cübbəli Ahmetin təbirincə yanaşmaz lazımdırmı? Azərbaycanda olan futbolçular səcdəyə gedərkən səhv edib günah edirlərmi? Bu sualla Azərbaycanda ən nüfuzli ilahiyyatçı alim olan Hacı Şahin Həsənliyə müraciət etdik. Qafqaz Müsəlmanları Rühani idarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi və Məşədi Dadaş Məscidinin imamı olan Hacı Şahin sualımıza belə cavab verdi:

"Ümumiyyətlə, insanların ancaq namaz qıldığı vaxt üzü qibləyə olması vacibdir. Çünki insan qibləyə yox, Allaha ibadət edir. Allah da hər bir yerdədi. Sadəcə olaraq, bir vəhdət simvolu olaraq namazda insanları bir istiqamətə yönəltmək üçün Kəbə qiblə seçilib. İnsanlarda üzü Kəbəyə - qibləyə ibadət edirlər.İnsanların şükür səcdəsi etməsində heç bir problem yoxdur. Şükür səcdəsi, yəni bir sevindirici hal baş verəndə, bir nemət nəsib olanda edilən səcdədir. Daha yaxşı olar ki, bu halda da üzü qibləyə səcdə olunsun. Ancaq bu səcdə qibləyə olmasa da haram deyil. Əgər niyyətin Allahadırsa, namazdan başqa vaxt hansısa sevinc zamanı üzü qibləyə olmayan səcdə haram deyil. Bunu haram hesab etmək heç cür düzgün deyil. Əsas olan niyyətdir. Qibləmiz Kəbədir. Ancaq biz insanlar Kəbəyə yox, Allaha ibadət edirik. Quranda da var ki, üzüzünü hara çevirsəz, Allah ordadır. Allah üçün xüsusi bir məkan yoxdur ki, Tanrı ancaq orda olsun. Allah hər yerdədir. Açıq şəkildə deyim ki, yarış zamanı idmançının öz sevincini hər hansı bir yöndə səcdəyə getməklə ifadə etməsində heç bir haraş iş - əməl yoxdur”.

Hacı Şahin sözlərinə onu da əlavə etdi ki, islam alimlərinin və müctəhidlərin də bununla bağlı hər hansı bir fətvası – fikri yoxdur. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

19:28  Pioli "Milan"da

19:22  Zaur Həşimov "Zirə"də - Rəsmi

10:14  "Araz" üçün şok itki - 4 futzalçıya viza verilmədi

08.10.2019

19:17  "Azərsun arena"da son durum FOTOLENT

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi