Bakıda Ukrayna fan-klubu yaradıldı

14.01.2015 | 3354 dəfə oxunub

Azərbaycanda keçiriləcək "Bakı-2015" Avropa Oyunlarında iştirak edəcək Ukrayna idmançılarına dəstək məqsədi ilə Bakıda Fan-Klub yaradılıb. Stadium.Az AzNews.az-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə yaradılan Fan-Klub həm Bakıya gələcək ukraynalı idmançılara dəstək verəcək, həm də" Bakı-2015" Avropa Oyunlarının Ukraynada təbliğatını aparacaq.

Hazırda Bakıda səfərdə olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov bildirib ki, bundan sonrakı fəaliyyətləri mərhələli şəkildə olacaq və ilk növbədə Fan-Kluba Azərbaycanın tanınmış mədəniyyət, incəsənət, media və idman sahəsində fəaliyyət göstərən şəxsləri cəlb edəcəklər: “Düşünürük ki, Ukrayna idmançıları Bakıda - öz evlərində oynayacaqlar. Bizim ölkə qonağa hər zaman yüksək hörmət və ehtiram göstərib. Bu məqsədlə Bakıda bir sıra görüşlər keçirdik, Azərbaycanın tanınmış adamlarının bu Fan-Kluba dəstək vermələrinin razılığını aldıq”.

H.Cavadov əlavə edib ki, ukraynalı idmançıları dəstəkləyəcək azərbaycanlı Fan-Klub üzvləri üçün Bakıda 500-dən çox bayraq sifariş veriblər. Onun sözlərinə görə, belə olan halda ukraynalıların oradan Bakıya bayraq gətirmələrinə də ehtiyac qalmayacaq: “Əlbəttə, tədbirlərimiz bununla yekunlaşmır. "Bakı-2015" Avropa Oyunlarını Ukraynada təbliğ etmək və ölkəmizə turist cəlb etmək üçün Kiyev başda olmaqla digər şəhərlərdə piar kampaniya aparacağıq. Düşünürük ki, "Bakı- 2015" Avropa Oyunları Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi olan Bakı müasir Avropanın həyatındakı rolunu əks etdirəcək, o cümlədən yarışlarda iştirak edəcək bütün idmançıların qürur hissi duymasına səbəb olacaq”.

Diaspor rəhbəri hesab edir ki, Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada təbliğ edilməsi üçün tarixi şans yaradıb: “Əlbəttə, bu şansdan yararlanmaq üçün Azərbaycan hökuməti, aidiyyəti qurumlar öz işlərini görürlər və mənim bildiyimə görə, bir çox maraqlı layihələr var. Lakin hesab edirəm ki, diaspor təşkilatları da bu prosesdə fəal iştirak etməlidir. Diasporlarımız fəaliyyət göstərdikləri ölkələrin idmançılarına bu cür dəstək kampaniyası təşkil etməklə, onların Bakıda özlərini evlərindəki kimi hiss eləməyə yardımçı olmaqla yanaşı, həmin ölkə vətəndaşlarının Azərbaycanla bağlı fikirlərini müsbətə doğru dəyişmək imkanı qazanır. Nəzərə almaq lazımdır ki, biz müharibə şəraitində yaşayırıq və torpaqlarımızın bir hissəsi hələ də düşmən işğalındadır. Onu da bilirik ki, işğalçı dövlət özünün “yazıq” obrazını yaratmaq üçün çox güclü təbliğat maşınını işə salıb, Azərbaycanın imicinə zərbə vurmaqla məşğuldur. Hesab edirəm ki, biz ayrı-ayrı ölkələrdə Bakı 2015 Avropa Oyunlarının təbliği ilə düzgün məşğul olsaq, bu “maşının” qarşısını müəyyən qədər ala bilərik, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail olarıq. Bütün bunları nəzərə alaraq, mən fəaliyyət göstərdiyim Ukraynada belə bir layihəyə start verdim. Bu işə bütün diaspor təşkilatlarını dəvət edirəm və Azərbaycan mediasından, tanınmış insanlarda dəstək istəyirəm. Düşünürəm ki, bu aksiya həmçinin qardaş Ukraynanın çətin günlərində ona dəstək də ola bilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail