"Baku Fires"in heyəti açıqlandı
Yanvarın 31-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) III turunun görüşü keçiriləcək. Stadium.Az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın “Astana Arlans” komandası ilə qarşılaşacaq.
Bu dəfə təmsilçimizin heyətində iki boksçu WSB liqasında debüt edəcək. Bunlar Rəsul Saliyev və Rahil Məmmədlidi. Məmmədli bu ay keçirilən Azərbaycan çempionatında yalnız final görüşündə təcrübəli Teymur Məmmədova uduzub. 91 kq çəki dərəcəsində mübarizə aparacaq həmyerlimiz finalda 2009-cu ilin Asiya çempionu Vasili Levitlə üz-üzə gələcək.
Digər debütant Saliyev üçün də asan olmayacaq. O, Qazaxıstan çempionu, 2013-cü il Asiya çempionatının qalibi Jusupovla görüşəcək.
Ualixanovun da WSB-də böyük təcrübəsi var. Qazaxıstan boksçusu hələ 2013-cü ildə o vaxt “Baku Fires”in şərəfini qoruyan Osman Əliyevi məğlub etmişdi.
“Baku Fires” – “Astana Arlans”
49 kq. Rəsul Saliyev – Temirtas Jusupov
56 kq. Məhəmməd Qurbanov – Nursultan Koşequlov
64 kq. Heybətulla Hacəliyev – Asxat Ualixanov
75 kq. Jaba Xositaşvili – Meyrim Nursultanov
91 kq. Rahil Məmmədli – Vasili Levit
“Astana Arlans” klubu cari mövsümdə hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən qazaxlar II turda səfərdə “Rafako Hussars Poland”ı 3:2 hesabı ilə üstələyib.
“Baku Fires” isə ilk turda Qubada “İtalia Thunder” üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzub.
Bu həftə qrupumuzda “USA Knockouts Caciquez” “Venezuela”nı, “Rafako Hussars Poland” “Argentina Condors”u, “İtalia Thunder” isə “Puerto Riko Hurricanes”i qəbul edəcək.
Qeyd edək ki, “Baku Fires” ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci nəticə göstərmişdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |