Avropa Oyunlarına hazırlaşan millimiz beynəlxalq turnirdə

11.02.2015 | 3419 dəfə oxunub

Fevralın 24-28-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri keçiriləcək. Stadium.Az xəbər verir ki, sayca 66-cı dəfə təşkil olunacaq yarışda kişilər 10, qadınlar isə 5 çəki dərəcəsi üzrə gücünü sınayacaq.

Azərbaycan millisi həm kişilərin, həm də qadınların turnirində çıxış edəcək. Məşqçilər Nəriman Abdullayev, Lazaro Ximenes Martines və Natiq Aslanovun rəhbərliyi altında Hacıbaba Fərziyev (49 kq), Araz İmaməliyev (52 kq), Elvin İsayev (60 kq), Lorenzo Sotomayor (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Vətən Hüseynli (81 kq), Rahil Məmmədli (91 kq) və Asəf Aslanlı (+91 kq) mübarizə aparacaq.

Qadınların turnirində Şamil Məhəmmədbəyov və İvan Yuşenkonun rəhbərliyi altında Yelena Vıstropova, Anna Əlimardanova, Yana Alekseyeva və Anaxanım Ağayeva iştirak edəcək.

Turnirdə ölkəmizi hakim kimi Ceyhun Qədirli təmsil edəcək.

Qeyd edək ki, yarış Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail