Antalyada 6 medal

12.02.2015 | 2685 dəfə oxunub

Türkiyənin Antalya şəhərində taekvondo üzrə keçirilən klublararası 3-cü Avropa çempionatına yekun vurulub. Stadium.Az xəbər verir ki, 2 gün davam edən G1 kateqoriyalı yarışda Azərbaycanın aparıcı klubları 6 medal qazanıb.

Belə ki, çempionatda ölkəmizi DİN (4), “Qəbələ” (1), “Gilan” (5), “Neftçi” (7), “Fateh” (3) və “Sumqayıt” (10) klublarından ümumilikdə 30 taekvondoçu təmsil edib. Komandalarımızın heyətində böyüklərin yarışında fərqlənən olmayıb.

Əvəzində, Minayə Əkbərova (Gilan, 33) yeniyetmələrin, Nərgiz Mirzəyeva (Sumqayıt, 42 kq), Jalə Əsədli (DİN, 68 kq), Şamil Şirinzadə (Gilan), İlham Əliyev (Sumqayıt, hər ikisi 45 kq) və Əli Məmmədov (DİN, 51 kq) isə gənclərin mübarizəsində bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançılarımız Avropa çempionatının ardından – fevralın 12-15-də Dünya Taekvondo Federasiyası və Türkiyə Taekvondo Federasiyası tərəfində təşkil ediləcək G1 kateqoriyalı, sayca 2-ci olan “Turkish Open”də güclərini yoxlayacaqlar. Turnirə milli komandanın tərkibində “Neftçi”,  “Gilan” və “Savalan”ın taekvondoçuları qatılacaqlar. Burada isə 26 idmançı ilə təmsil olunacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail