Ceyms Makleod: Bakı-2015 yaddaşlarda uzun müddət qalacaq

13.02.2015 | 2512 dəfə oxunub

Avropanın 22 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri bu həftə I Avropa Oyunları öncəsi, Bakıda baş tutmuş 3-cü, eyni zamanda, sonuncu MOK Açıq Qapı Günü iclasında iştirak etmək üçün bir araya gəlib. Stadium.Az xəbər verir ki, qitənin hər tərəfindən gəlmiş 59 nümayəndə 3 günlük proqramda Bakı-2015-in Əməliyyat Komitəsinin tibbi xidmətlər və antidopinq, nəqliyyat və yerləşdirmə daxil olmaqla, müxtəlif şöbələri tərəfindən göstərilmiş təqdimatlar və seminarlar vasitəsilə Oyunlara hazırlıqlarla bağlı ən son yeniliklərlə tanış olub.

Nümayəndələr, həmçinin, yarışın bir çox idman obyektlərinə, o cümlədən, yeni tikilmiş Milli Stadiona və Avropa Oyunları Parkına baş çəkmək və nail olunmuş irəliləyişləri müşahidə etmək imkanı əldə ediblər.

Bakı-2015-in Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının ötən həftə baş tutmuş səfərindən sonra MOK nümayəndələrini sonuncu Açıq Qapı Günü iclasında görməkdən məmnunluq duyub: “Ötən ilin sentyabrında keçirilmiş II Açıq Qapı Günü iclasından bu günə kimi əldə etdiyimiz əhəmiyyətli irəliləyişləri, xüsusilə də, bu yay dünya səviyyəli yarışlara ev sahibliyi edəcək möhtəşəm obyektlərimizi göstərə bildiyimizə görə fəxr hissi duyuram”.

Bakıda yerləşən obyektlərdən başqa, nümayəndələr iyunun 14-16-da kanoe yarışlarına ev sahibliyi edəcək Mingəçevirdəki obyektə də səfər etmək imkanı əldə ediblər.

Finlandiyanın missiya rəhbəri Piter Brül bildirib ki, I Avropa Oyunlarının keçirilməsi ölkəsində çox böyük maraq hissi yaradıb: “Oyunların özü ilə nələr gətirəcəyini səbirsizliklə gözləyirik. Belə yeni növ yarışlarda mübarizə aparmaq və müxtəlif təcrübələrdən faydalanmaq idmançılarımız üçün gözəl imkandı. Bu günə kimi müşahidə etdiklərimizə əsasən onu deyə bilərik ki, yarışların keyfiyyəti ilkin mərhələdəki gözləntilərimizə nəzərən daha yaxşı olacaq və bir sıra planlar ən azından Olimpiya Oyunları ilə eyni səviyyədə görünür. Olimpiadadan fərqli, Avropa Oyunlarına daha az idmançı qatıldığına və daha kiçik miqyaslı yarış hesab olunduğuna görə Bakı-2015-in təşkilatçıları yarışları hər bir kəsin ehtiyacına uyğunlaşdırmaq imkanından istifadə edə biliblər”.

Bakı-2015-in Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatları şöbəsinin direktoru cənab Ceyms Makleod sonuncu iclasdan məmnunluq ifadə edib: “Milli Olimpiya Komitələrinin keçirilmiş hər 3 Açıq Qapı Günü iclası Avropanın 50 MOK-unu Bakı şəhərində salamlamaq və onları Oyunlara hazırlıqlarımız barədə məlumatlandırmaq baxımından bizim üçün əla imkan yaratdı. Əminəm ki, bütün Milli Olimpiya Komitələri onların idmançıları üçün təklif edilən imkanlardan məmnun qalacaqlar və Bakı-2015 Avropa Oyunları hər kəsin yaddaşında uzun müddət qalacaq”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail