Dünya kubokunda 2 medal

14.02.2015 | 2230 dəfə oxunub

Minsk şəhərində sambo üzrə Dünya Kubokunda mükafatlar uğrunda 18 ölkədən olan idmançılar mübarizə aparıb. Stadium.Az xəbər verir ki, fevralın 11-13-də keçirilən yarışda samboçular ümumilikdə 22 dəst medalların sahiblərini müəyyənləşdirib. Turnirdə Azərbaycan milli komandasının üzvləri də çıxış edib. Yığmamızın heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub.

Bu nüfuzlu turnirdə klubun 3 qadın samboçusu qüvvəsini sınayıb. Onlardan ikisi Minsk İdman Sarayında fəxri kürsüyə yüksəlib. 60 kq çəki dərəcəsində Şəhanə Hüseynova, 68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə Dünya Kubokunda 3-cü yeri tutub. Onlar Minskdə bürünc medal qazanıblar.

Qeyd edək ki, Belarusdan medalla dönən hər iki samboçumuz, həmçinin Dünya Kubokunun Qazaxıstanın Almatı şəhərindəki əvvəlki mərhələsində gümüş mükafat qazanan Fəridə Qurbanova iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin şərəfini qorumağa əsas namizədlərdəndir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail