İranda idman yarışında Azərbaycan bayrağıyla bağlı skandal yarandı

22.02.2015 | 2383 dəfə oxunub

İran İslam Respublikasında keçirilən, Azərbaycan komandasının ilk dəfə olaraq, qalib gəldiyi Yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku başa çatarkən Azərbaycan bayrağı ilə böyük qalmaqal yaşanıb.

Stadium.az xəbər verir ki, Azərbaycan yığması üzvlərinin mükafatlandırılma mərasimindən sonra respublikanın dövlət himni səsləndirilib. İlk üçlükdə yer almış dövlətlərin bayraqları qaldırılıb. İlk olaraq qaldırılan Azərbaycan bayrağı ilə bağlı böyük bir səhvə yol verilib, belə ki, bayrağın üzərində səkkizguşəli əvəzinə, beşguşəli ulduz əks olunub.

Bu, əvvəlcə diqqəti cəlb etməsə də, sonradan mükafatlandırma mərasimindən hazırlanmış videoçarxı izləyənlərin böyük etirazına səbəb olub.

Bayraq qalmaqalı artıq sosial şəbəkələrdə də ciddi etirazlara səbəb olub.

Bildirək ki, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edib.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən görüş 4:4 hesablı bərabərliklə tamamlanıb. Ancaq xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamız rəqiblərindən üstün olub. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ