"Bakı-2015" Slovakiyada - FOTO

11.03.2015 | 3221 dəfə oxunub

Slovakiyanın paytaxtı Bratislava şəhərində Avropa Velosipedçilər Birliyinin (UEC) illik konqresi keçirilib. Stadium.Az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov da iştirak edib.

Avropa ölkələrinin velosiped federasiyalarının rəhbərlərinin qatıldığı konqresi açıq elan edən Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə məlumat verərək, tarixdə ilk dəfə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqla bağlı məsələlərə xüsusi yer ayırıb. Tədbirdə iştirak edən Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Brayn Kukson da öz çıxışında Beynəlxalq Velosipedçilər İttifaqının Avropa Oyunlarında iştirakına xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycanın Bakı-2015-ə hazırlıq işlərini yüksək qiymətləndirib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Avropa Oyunları Əməliyyat Komitəsinin təmsilçisi Vladimiros Petsas konqresdə geniş təqdimatla çıxış ediblər. Ölkəmizin Avropa Oyunlarına hazırlığından bəhs edən videoçarx nümayiş etdirildikdən sonra Sahib Ələkbərov qısa müddət ərzində Avropa Oyunlarına hazırlıqla bağlı görülmüş işlər barədə ətraflı məlumat verərək, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin bu məsələni daim diqqət mərkəzində saxladığını, Oyunların Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Bakı-2015-in unudulmaz idman bayramına çevrilməsi üçün çoxlu sayda yerli və xarici mütəxəssislərin durmadan çalışdığını konqres iştirakçılarının diqqətinə çatdırıb. Vitse-prezident Ümumdünya və Avropa Velosipedçilər Birliyinin rəhbərlərinə Oyunların təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirərək, konqres iştirakçılarını bu möhtəşəm oyunları izləməyə dəvət edib.

“Bakı-2015”in proqramına velosiped idmanının şosse, BMX və MTB növləri daxildir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail