Aqolli: "...öz millimin şərəfinə görə oynayıram"

04.04.2015 | 4020 dəfə oxunub

"Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli milli komandada Ermənistana qalib gəlmələrindən danışıb. Stadium.az  xəbər verir ki, müdafiəçi bu barədə belə danışıb: 

"Biz ermənilərdən güclü idik. Sadəcə, ilk qolu onların vurması işimizi bir qədər çətinləşdirdi. Bakıya döndükdən sonra məni çoxlu insan təbrik etdi. İlk olaraq, aeroportda pasportumu yoxlayan polis, daha sonra isə "Qarabağ”ın baş məşqçisi və komanda yoldaşlarımdan təbrik eşitdim. Mənə dedilər ki, həmin oyuna Azərbaycanda da çoxlu adam baxıb və bizə azarkeşlik ediblər. Azərbaycan və Ermənistan münaqişə vəziyyətindədi. Ermənilər Azərbaycan ərazisinə soxularaq, torpağını işğal ediblər. Oynadığım klub da həmin ərazini təmsil edir. Qarabağdan 1 milyon insan çıxaraq, digər yerlərdə məskunlaşıb. Bu, böyük genosiddi.

Bəli, klubdan mənə mükafat verilib. Amma mən mükafata görə oynamıram, öz millimin şərəfinə görə oynayıram. Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Klub rəhbərliyi hər bir futbolçuya kömək etməyə hazırdı. Ümid edirəm ki, Bakıda və digər şəhərlərdə yaşayan qaçqınlar tezliklə doğma yerlərinə qayıdacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail