25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə
AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

Vladimir Kramnik: "Vüqarın bizimlə olmadığını qəbul etmək çətindir" - MÜSAHİBƏ

20.04.2015 | 1737 dəfə oxunub

Şahmat üzrə 14-cü dünya çempionu, Dünya Kubokunun sahibi, rusiyalı Vladimir Kramnik Shamkir Chess 2015 turnirinin rəsmi saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni təqdim edir.

- İlk olaraq Shamkir Chess 2015 turniri haqda fikirlərinizi bilmək istərdik...
- Əvvəl heç vaxt Şəmkirdə olmamışam. Amma ilk təəssüratlarım yaxşıdır. Təmiz, gözəl küçələrlə məni valeh edib. Təmiz havası var. İnsanları çox qonaqpərvərdir. Şəhərin özünəməxsus gözəlliyi var. Şahmatçılara yaxşı münasibət göstərilir. Heç bir problemimiz yoxdur. Havası o qədər təmizdir ki, ilk günlər yuxuya qalmışam. 12:15-də oyanmaq istəsəm də, bir saat çox yatmışam. Ardıcıl bir neçə gün belə oldu.

- Vüqar Həşimovla xatirələriniz maraqlıdır. Onunla hansı turnirlərdə rəqib olmusunuz...
- Vüqarın gözəl aurası var idi. Gülüşü heç zaman əskik olmazdı. Bir neçə dəfə rəqib olmuşuq. Maraqlı mübarizə sərgiləyib. Hər zaman qələbə barədə düşünürdü. Yaxın dost olmasaq da, onun haqda ancaq xoş sözlərim var. Azərbaycan millisinin heyətində Avropa çempionu olub. Heç vaxt fikirləşməzdim ki, məndən cavan olan Vüqarın xatirə turnirində iştirak edəcəyəm. Onun indi bizimlə olmadığını qəbul etmək çətindir. Şəmkir turniri Vüqarsevərləri birləşdirir. Təşkilatçılara təşəkkür etmək istərdim. Vüqarın xatirə turniri ənənəvi olmalıdır.

- Ötən il norveçli dünya çempionu Maqnus Karlsen yarışın əsas favoriti hesab olunurdu. Bu dəfə siz və Vişvanatan Anand iştirakçılar sırasında olduğu üçün Karlsenin asan qələbə qazanması mümkün deyil...
- Ümumiyyətlə, bu yarışda iştirak edən hər bir şahmatçı uğur qazanmaq istəyir. Anandla yanaşı Karuana var. Təkcə Maqnus deyil, hamıya çətindir. Maqnus dünya çempionudur, ona görə ondan hər zaman qələbə gözlənilir. Fikrimcə, bu dəfə son tura qədər qalib məlum olmayacaq.

- Bəziləri Maqnus Karlsenin uzun müddət çempion titulunu qoruyacağını deyir. Siz necə düşünürsünüz? Çempionluğu qaytarmaq istəmirsiniz?
- Mən artıq qocalmışam (gülür). İndi gənclər bu barədə düşünməlidir. Əlbəttə, dünya çempionluğu uğrunda mübarizəyə qoşulmaq istəyirəm. Sadəcə, yaş amilini unutmaq olmaz. Gərək fiziki hazırlıq üzərində işləyəsən. Maqnus cavandır. Bir neçə saat oynamaq onun üçün problem yaratmır. O vaxt Harri Kasparova qalib gələndə cavan idim. Enerjim çox idi (2000-ci ildə Londonda baş tutan görüşdə Kramnikin 25 yaşı olub - red). Amma gənc nəsil arasında Maqnusa rəqib olacaq şahmatçılar az deyil.

- Shamkir Chess 2015 turnirinin 2-ci turunda Karlsen Şəhriyar Məmmədyarova qalib gəldi. Sanki Karlsenə qarşı oynamaq hamıda çətinlik yaradır..
- Əlbəttə, Karlsen çox güclü şahmatçıdır. Son zamanlar belə bir ifadə var - hamı yaxşı oynayır, amma sonda Karlsen qalib gəlir. Sözsüz Maqnus güclü şahmatçıdır. Şəhriyara gəldikdə böyük potensialı var. Emosional qrossmeysterdir. Ən böyük problemi sabit oynamamasıdır. Sabit oyun üçün bəlkə də müəyyən problemləri var. Bununla belə şahmatçı kimi risk etməyi sevir, sona qədər təzyiq edir. Məmmədyarov istənilən rəqibə qarşı mübarizə apara bilər.

- Sentyabrda Bakıda Dünya Kuboku keçiriləcək. Yarışın son qalibi kimi sizi iştirakçılar arasında görə biləcəyik?
- Payızda Dünya Kubokunda iştirak edəcəyəm. Hər halda belə planım var. İndiyə qədər Dünya Kubokunun tarixində heç bir şahmatçı ardıcıl iki dəfə qələbə qazanmayıb. O mənada mənim üçün çətin olacaq. İstərdim Bakıda da qalib olum. Lakin başa düşürəm ki, çətin olacaq.

- Dünya Kubokunda Ermənistan şahmatçılarının iştirakı barədə qərar qəbul edilməyib. Azərbaycan dövlət səviyyəsində təhlükəsizliyə zəmanət versə də, son qərar məlum deyil...
- Bu barədə qərarı Ermənistan şahmatçıları qəbul etməlidir. Ümumiyyətlə, məncə idman siyasətdən kənardır. Mən istəyirəm ki, erməni şahmatçıları Bakıya gəlsin, azərbaycanlı qrossmeysterlər ora getsin. Şahmat hamını birləşdirir. Mən Levon Aronyanla turnirlərdə tez-tez görüşürəm. Fikrimcə, o, Bakıdakı Dünya Kubokunda iştirak edəcək. Burada heç bir problem yoxdur.

- Aprelin 22-də Shamkir Chess 2015 turnirində istirahət günüdür. Həmin gün şahmatçılar arasında futbol turniri olacaq. Sizi meydanda görəcəyik?
- (gülür) Mən qorxuram zədə alım və sonrakı turlarda oynaya bilməyim. Bəlkə 5-6 dəqiqə imkan yaratsalar, meydana çıxaram. İstirahət günü Şəmkirdə restorana getmək istəyirəm. Yerli mətbəxin dadlı olduğunu eşitmişəm. Çox istərdim yerli mətbəxin dadına baxım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"
"Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"
Son xəbərlər

15.12.2019

08:11  Ən bahalı futbolçular - SİYAHI

14.12.2019

13.12.2019

23:08  25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə

23:05  Türkiyə millisi Azərbaycanla qarşılaşacaq? - Şenol Günəşdən açıqlama

12:21  "Qarabağ" - "Düdelanj" FOTOLENT

02:26  Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"

00:27  AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

12.12.2019

21:15  "Qarabağ" - "Düdelanj" -HEYƏTLƏR

16:58  Metronun iş saatında dəyişiklik - "Qarabağ"a görə

11.12.2019

16:31  "Keşlə"də yeni transfer - Rəsmi

15:09  "Stadionun dolu olmasını istərdik" - Qurban Qurbanov

12:30  "Çelsi"nin qələbəsi VİDEO

10.12.2019

15:39  "Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"

12:41  "Qarabağ" - "Düdelanj görüşü - mətbuat konfranslarının vaxtları açıqlandı

09.12.2019

11:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə