Avropa Oyunları Britaniya kanalında

23.04.2015 | 1967 dəfə oxunub

I Avropa Oyunları növbəti yayım müqaviləsi imzalayıb. Stadium.Az xəbər verir ki, iyunda Bakıda keçiriləcək Oyunların gündəlik yayımı ilə bağlı Böyük Britaniya kanalı ilə razılıq əldə olunub.

Birləşmiş Krallıqda BT Sport özünün 3 idman kanalı - BT Sport Extra və rəqəmsal platformalar vasitəsilə təmin edəcək. Nəticədə Oyunların yayımı artıq Avropanın və dünyanın hər bir nöqtəsində gerçəkləşək. Bundan öncə ABŞ, Kanada, Avstraliya, Çin, Honq-Konq, Hindistan, Latın Amerikası və körfəz ölkələri, eləcə də, digər Avropa televiziya şirkətləri ilə yayım müqavilələri imzalanıb.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, BT Sport və Avropa Oyunları arasında mükəmməl uyğunluq var: “BT Sport, Britaniya yayım məkanında özünəməxsus yol açıb. Bakı-2015 isə Avropa idmanının son 50 illik tarixində iz qoyacaq ən əhəmiyyətli tədbirdi. BT Sport, artıq futbol üzrə İngiltərə Premyer Liqasının yayımını təşkil etməklə yüksək standartlara cavab verən proqram sisteminə malik olduğunu sübut edib. Növbəti mövsümdən etibarən UEFA Çempionlar Liqasının yayım hüququnu əldə etmələri onların nə qədər məqsədyönlü olduqlarını göstərdi. Biz, BT Sportun I Avropa Oyunlarının yayımını təmin edəcək növbəti aparıcı televiziya şəbəkəsi olmasından öz məmnunluğumuzu bildiririk”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.12.2019

06.12.2019

20:54  "Qarabağ" yenə xal itirdi - YENİLƏNİB

18:46  "Qarabağ" - "Keşlə" -HEYƏTLƏR

05.12.2019

14:32  İlin son təyinatları - Azərbaycan Premyer Liqası

02:24  PSJ - "Nant" - 2:0 VİDEO

04.12.2019

11:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03.12.2019

11:57  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02.12.2019

19:20  “Sabah” – “Qarabağ” - HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Qarabağ 13 9 3 1 22-5 29  
2. Keşlə 13 6 4 2 16-10 22  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
02.12Sabah 0-1Qarabağ
01.12Səbail 0-0Neftçi
30.11Keşlə 2-1Sumqayıt
30.11Qəbələ 3-0Zirə
06.12Qarabağ -Keşlə
07.12Sabah -Neftçi
08.12Zirə -Səbail
08.12Sumqayıt -Qəbələ