"Bakı-2015": Belarus heyətini açıqladı

05.05.2015 | 2913 dəfə oxunub

Belarusun Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək yığma komandasının heyəti təsdiqlənib. Stadium.Az xəbər verir ki, komandaya 153 idmançı və 54 məşqçi daxil edilib.

Belarus idmançıları akrobatika, boks, sərbəst və yunan-Roma güləşi, velosiped idmanı (VMX və şose), çimərlik voleybolu, gimnastika, baydarka və kanoyedə avarçəkmə, cüdo, üzgüçülük, suya tullanma, batut üzərində tullanma, kamandan oxatma, güllə atıcılığı, stolüstü tennis, triatlon, qılıncoynatma, badminton, karate, sambo, taekvando üzrə yarışacaqlar.

“Bakı-2015”də iştirak edəcək heyətin siyahısında bədii gimnastika üzrə Belarus milli komandasının ən güclü idmançıları Melitina Stanyuta və Yekaterina Qalkina, Olimpiya çempionları Aleksandr və Andrey Boqdanoviçlər (kanoe), Vadim Maxnev və Roman Petruşenko (baydarka), Sergey Martınov və Konstantin Lukaşik (güllə atıcılığı) yer alıblar.

Yerli mütəxəssislərin proqnozlarına görə, Belarus atletləri Azərbaycan paytaxtında 35 medal uğrunda mübarizə aparmaq iqtidarındadırlar.

Belarus idmançılarının birinci qrupu Bakıya iyunun 10-da gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail