"Bakı-2015": Məşəl İmişlidə

07.05.2015 | 3077 dəfə oxunub

Mayın 7-də birinci Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib. Şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.

Stadium.Az xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.

Avropa Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun əməkdaşı Məmməd Abıyev məşəli qəbul edib. Sonra 10 məşəlçi 4,1 kilometr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi boyunca hərəkət edərək Heydər Əliyev parkına gəliblər.

Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayəblar. Burada quraşdırılan səhnədə Avropa Oyunlarının məşəli alovlandırılıb.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Əlbəyaxa döyüş idman növü üzrə Avropa çempionu Qadir Cəfərov Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.

Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Füzuli rayonuna yola salınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail