Yığmamızın heyəti açıqlandı

Mayın 15-də Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi start götürəcək. Stadium.Az xəbər verir ki, OİK-in “Velotrek” Kompleksində keçiriləcək yarışda idmançılar 13 çəki dərəcəsində güclərini sınayacaq.
Azərbaycan millisi qitə çempionatında baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi altında 12 boksçu ilə təmsil olunacaq.
Ukraynaya gedənlər arasında ötən ilki Avropa birinciliyinin gümüş mükafatçısı Bəxtiyar Qazıbəyov (60 kq) və bürünc medalın sahibi Məhəmməd Abdullayev də (+80 kq) var.
Yeniyetmə boksçularımız son hazırlıq turniri kimi Şağan Olimpiya Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda mübarizə aparıblar. Hakim kimi ölkəmizi Ukraynada Emil Qurbanəliyev təmsil edəcək.
Yığmamızın heyəti
46 kq - Kənan Əliyev
48 kq - Cavid Hüseynov
50 kq – Seyidrza Sadıqov
52 kq – Niyaməddin Allahverdiyev
54 kq – Orxan Həsənov
57 kq – Elton Məmmədov
60 kq – Bəxtiyar Qazıbəyov
63 kq – Turan Sadıqov
66 kq – Elgün Abdullayev
70 kq – Şaiq Məlikov
75 kq – Kənan İsmayılzadə
+80 kq – Məhəmməd Abdullayev
Komandamız ötən il Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında qitə çempionatında 1 qızıl, 1 gümüş və 4 bürünc qazanıb.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Günün oyunlarına necə baxaq? - TV AFİŞA
|
||
"Anje" - PSJ - 0:1 VİDEO
|
||
18.01.2021

17.01.2021










16.01.2021

14.01.2021

12.01.2021


11.01.2021


10.01.2021





09.01.2021





08.01.2021
![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Sumqayıt | 4 | 2 | 1 | 1 | 6-4 | 7 | |
2. | Sabah | 3 | 2 | 1 | 0 | 5-2 | 6 | |
3. | Neftçi | 3 | 2 | 0 | 1 | 4-4 | 6 | |
4. | Keşlə | 3 | 1 | 2 | 0 | 1-0 | 5 | |
5. | Qarabağ | 4 | 1 | 2 | 1 | 5-4 | 5 | |
6. | Zirə | 3 | 1 | 1 | 1 | 3-4 | 4 | |
7. | Qəbələ | 3 | 0 | 2 | 1 | 1-4 | 2 | |
8. | Səbail | 3 | 0 | 0 | 3 | 3-6 | 0 | |
![]() |

27.09 | Neftçi | --- | Qəbələ |
26.09 | Səbail | --- | Sabah |
26.09 | Keşlə | --- | Zirə |
25.09 | Sumqayıt | 2-2 | Qarabağ |
02.10 | Səbail | - | Keşlə |
03.10 | Qəbələ | - | Sumqayıt |
03.10 | Zirə | - | Neftçi |
04.10 | Qarabağ | - | Səbail |