"Avropa Oyunlarında yaxşı nəticələr göstərmək istəyirik"

11.05.2015 | 3313 dəfə oxunub

“Azərbaycanın Avropa Oyunlarına tam hazır olduğunu göstərdik. “Tour d’Azerbaidjan-2015” çox maraqlı və kifayət qədər gərgin keçdi. Bütün mərhələlər canlı yayımlandı və hamı yarışın yüksək səviyyədə keçməsinin şahidi oldu".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, “Tour d’Azerbaidjan-2015”in Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışdan sonra keçirilən mətbuat konfransında deyib. Federasiya rəsmisi ənənəvi yarışla bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, turnirə qatılan bütün komandalar təşkilatçılıqdan razı qalıblar:

“Məqsədimiz komandaların razı qalması idi və xoş haldır ki, narazılıq edən olmayıb. İştirakçılarımız Azərbaycanla tanış olmaq imkanı qazandılar. Bu yarışı izləyənlər gördülər ki, ölkəmiz istənilən yarışı yüksək səviyyədə keçirmək gücündədir. Bununla da Azərbaycanın Avropa Oyunları üçün tam hazır olduğunu və ölkəmizin istənilən səviyyəli yarışı ən yaxşı şəkildə təşkil etməyə qadir olduğunu növbəti dəfə göstərdik”.

“Tour d’Azerbaidjan-2015”in Bakı-2015-in şosse velosipedi üzrə qrup yarışları ilə eyni marşrut üzərində keçirilən sonuncu mərhələsini Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə təşkil etdiklərini deyən vitse-prezident qeyd edib ki, sınaq yüksək səviyyədə baş tutub. O, "Synergy Baku"nun çempionluğunu da yüksək qiymətləndirib: “Biz ildən-ilə hər şeyi yaxşılaşdıracağıq. Bu işlərə də başlayanda məqsədimiz bu olub. Azərbaycan prezidenti cənab İlham Əliyev ölkə idmanına böyük diqqət və qayğı göstərir. Velosiped idmanı da bunun sayəsində inkişafdadır. Artıq ilk bəhrələri görməkdəyik. Avropa Oyunlarına gəlincə, yarışda ən güclü idmançılar mübarizə aparacaqlar. Biz də yaxşı nəticələr göstərmək istəyirik. Çünki, bu möhtəşəm yarışda yüksək təşkilatçılıqla yanaşı, əla nəticələr də vacibdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail