Emil Balayevə güvəndiklərini deyən "Ayntraxt" rəsmisi: "Qapıçı axtarışındayıq"

12.05.2015 | 3717 dəfə oxunub

“Ayntraxt”da kimlərin qalacağı böyük ölçüdə dəqiqləşib”. Stadium.az xəbər verir ki, bu sözləri Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun meneceri Bruno Hübner deyib.

 Frankfurt təmsilçisini növbəti mövsümdə də hazırkı baş məşqçi Tomas Şaafın çalışdıracağı dəqiqləşib. Təcrübəli mütəxəssis indiki heyətin əksər üzvlərini komandada saxlamaq niyyətindədi.

Bununla bağlı danışan Hübner qapıçı axtarışında olduqlarını deyib. O, söhbət əsnasında “Ayntraxt”ın azərbaycanlı futbolçusu Emil Balayev haqda da fikirlərini bölüşüb: “Təbii ki, yeni transferlər olacaq. Komandanın kapitanı Kevin Trapp və Emil Balayevə güvənirik. Hər ikisinin komandada qalacağını söyləyə bilərəm. Qapıçı axtarışındayıq. “Ayntraxt”dan gedəcək Feliks Vidvaldın yerinə yeni oyunçu gətirəcəyik”.

“Neftçi”nin yetirməsi olan Emil Balayev “Ayntraxt”a bu ilin əvvəlində keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail