"Bakı-2015"dən yeni müqavilə

31.05.2015 | 2878 dəfə oxunub

Bakı 2015, 12-28 iyun tarixində keçiriləcək birinci Avropa Oyunlarını Yeni Zellandiyada tamaşaçıların izləməsinə imkan yaradacaq yayım müqaviləsi imzalayıb. Stadium.Az xəbər verir ki, Yeni Zellandiyanın SKY televiziya kanalı Bakı 2015 yarışlarını yayımlamaq üçün hüquq əldə edən qeyri-Avropa televiziya şəbəkələri arasında yer alan növbəti şirkət oldu. Bu müqaviləyə əsasən, SKY Sportun iki xüsusi səyyar kanalı, Oyunların eksklüziv görüntülərini tədbir davam etdiyi müddət ərzində ölkənin müxtəlif yerlərinə çatdıracaq.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq dedi: “SKY TV ilə ən son bağlanmış müqavilə dünyanın hər yerindəki idman azarkeşlərinin Avropa Oyunlarına göstərdiyi böyük marağı bir daha təsdiq edir. Mən, bu cür nüfuzlu televiziya şəbəkəsini yayım tərəfdaşlarımızın sırasında görməyə şadam və Yeni Zellandiyadakı izləyicilərin gələn ay keçiriləcək yarışlardan zövq alacağına əminəm”.

SKY-ın İdman şöbəsinin direktoru cənab Riçard Last dedi: “Biz, öz tamaşaçılarımıza hər zaman yeni və maraqlı idman buraxılışları təqdim etməyə çalışırıq. Bakı 2015-in bu siyahıya əlavə olunması isə SKY Sport-a innovativ və fərqli proqram sistemi gətirdiyimizə gözəl nümunədir”.

Yeni Zellandiya, Amerika, Ərəb ölkələri, Çin, Hindistan, Avstraliya və Yaponiyada da daxil olmaqla, Avropanın hüdudlarından kənarda Oyunları yayımlamaq üçün müqavilə imzalamış ölkələrin sırasına qoşulur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail