Azərbaycan üçün “Neftçi İdman Klubu” örnəyi

01.07.2015 | 2164 dəfə oxunub

Bakı-2015 Avropa Oyunlarında ən çox medal qazanan klubun adı açıqlanıb.

Stadium.az xəbər verir ki, Azərbaycan yığmasının 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) qeyri-komanda hesabında ikinci olmasına ən böyük töhfəni “Neftçi İdman klubu” verib.

Onlar bu mükafatlardan 16-na (6 qızıl, 5 gümüş, 5 bürünc) yiyələniblər. Klubun idmançılarından Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçün güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (paracüdo) fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı halda, Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (paracüdo) gümüş, Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (paracüdo) bürünc medala sahib olublar.


Təbii ki, klubun idmançılarının bu uğuru qazanmasında azarkeşlərin, onlara dəstək olanların da böyük payı var. "Neftçi İdman Klubu"nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov və əmək kollektivi bu günlər ərzində idmançılarımızın yarışlarını müxtəlif arenalarda mütəmadi olaraq canlı izləyib, onlara dəstək olub və qələbəyə ruhlandırıblar.


İyunun 12-dən 28-dək davam edən yarışlarda 50 ölkəni təmsil edən 6000-dən çox idmançı 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparıblar. Azərbaycan komandası Rusiya istisna olmaqla, Avropanın bütün nəhəng ölkələrini qabaqlayaraq ümumi komanda hesabında 2-ci yeri tutub. 

                        

                 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

23.08.2019

22.08.2019

21:26  "Linfild" - "Qarabağ" - HEYƏTLƏR

11:10  Azərbaycanın mövqeyi dəyişməz qaldı - UEFA reytinq cədvəli

03:09  Messi sağalıb

21.08.2019

20.08.2019

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - YENİLƏNİB

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

16.08.2019

18:20  “Keşlə” – “Qarabağ” - HEYƏTLƏR

15.08.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi