Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclası keçirilib

07.09.2015 | 2660 dəfə oxunub

Bu gün ABŞ-ın Las Veqas şəhərində start götürəcək güləş üzrə Dünya çempionatı öncəsi Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib. Stadium.az xəbər verir ki, toplantıda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İK üzvü Namiq Əliyev də iştirak edib.

Xatırladaq ki, bu, 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları öncəsi DGB İcriyyə Komitəsinin ilk toplantısıdır.

Tədbirdə 2015-ci ilin yanvar ayından bu günə qədər DGB tərəfindən görülən işlər hesabatı dinlənilib, 2016-cı ilin yanvar ayında nəzərdə tutulan Olimpiya test yarışları, Rio Olimpiadasına hazırlıq və digər məsələlər müzakirə edilib.

Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail