"Qarabağ" klubu Metropolitendən kömək istədi

29.09.2015 | 3996 dəfə oxunub

Oktyabrın 1-də "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"ini qəbul edəcək.


Stadium.Az "Report"a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək.

Təbii ki, matçın bu saatda başlaması azarkeşlərin stadiona axınına təsir etməyə bilməz. Oyunun təxminən gecə saat 00:00 radələrində başa çatacağını nəzərə alsaq, stadiona toplaşan azarkeşlərin evə qayıtmaq məsələsi yenə də problemə dönəcək. Əsas ictimai nəqliyyat vasitəsinin metro olduğunu nəzərə alsaq, sözsüz ki, "Qarabağ" iş qrafikinin artırılması üçün "Bakı Metropoliteni" QSC-yə müraciət etməlidir. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında metronun iş qrafikinin uzadılması ilə bağlı "Qarabağ"dan məktub aldıqlarını bildirib. O deyib ki, müraciətə baxıldıqdan sonra sabah rəsmən cavablandırılacaq. 

Qeyd edək ki, sentyabrın 17-də "Qəbələ" ilə Yunanıstan PAOK-u arasında keçirilmiş qrup mərhələsinin ilk tur matçından sonra da analoji problem baş vermişdi. Yunanıstan PAOK-u ilə qarşılaşma saat 22:00-a təyin olunduğundan, azarkeşlərin metro ilə evə qayıtmaq şansları heçə enmişdi. "Report"un məsələ ilə bağlı yazısından sonra klub rəhbərliyi "Bakı Metropoliteni" QSC-yə müraciət edərək iş vaxtının artırılmasını xahiş etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail