"Azarkeşlərin Azərbaycanla oyuna gəlməməsinə nə deyəcəyimi bilmirəm"

14.10.2015 | 2678 dəfə oxunub

"Azərbaycanla qarşılaşmada qol vurub, komandamızın qələbəsində rol oynadım. Amma daha çox növbəti seçmə mərhələni düşünməliyik”.

Stadium.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin futbolçusu Mixail Aleksandrov deyib. AVRO-2016-nın seçmə mərhələsində millimizin Bolqarıstanla qarşılaşmada 0:2 hesabı ilə uduzduğu.son oyunda hesabı açan futbolçu qarşılaşmadan sonra fikirlərini bölüşüb. O DÇ-2018-in seçmə mərhələsi haqda fikirləşdiyini bildirib: "Düşünürəm ki, növbəti seçmə mərhələdə daha uğurlu çıxış edə bilərik. Həmin vaxt ən yaxşı oyunumuzu göstərib, hədəfimizə doğru irəliləyərik. Həmin qarşılaşmalara hələ vaxtımız var. Ümid edirəm ki, bu müddətdə yaxşı komanda qura bilərik. Azarkeşlərin Azərbaycanla qarşılaşmada oyuna gəlməməsinə nə deyəcəyimi bilmirəm. Biz nə İtaliyayıq, nə də Xorvatiya. Sonunculardan fərqli, heyətimizdə "Real” və "Barselona”nın oyunçuları yoxdu. Realist olmalıyıq. Təkcə biz futbolçular deyil, hamı göydən yerə enməlidi. Axı biz Azərbaycanla 4-cü yer uğrunda mübarizə aparırdıq. Onsuz da dördüncülük qarşılaşmaları adətən boş tribunalar önündə olur. Amma komandaya dəstək olmalıdılar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail