Şəhriyar Məmmədyarov: "Çempion olmamaq faciə deyil"

25.10.2015 | 2430 dəfə oxunub

Şahmat üzrə Avropa Kubokunda gümüş medal qazanan "SOCAR-Azərbaycan" klubunun üzvü Şəhriyar Məmmədyarov yarışın yekunlarıyla bağlı suallara cavab verib. Stadium.az sizi həmin müsahibə ilə tanış edir.


- Ötənilki çempion "SOCAR-Azərbaycan" bu dəfə gümüş medal qazandı. Turnirin yekun nəticəsindən razısınız?
- Fikrimcə, Azərbaycan klubu normal çıxış etdi. Bu il Avropa Kubokunda rəqabət daha yüksək idi. Yeni komandalar mübarizə aparırdı. İkinci yeri tutmaq pis nəticə deyil. 50 klub arasında gümüş medal qazanmaq asan deyil. Medal əldə etmək hər zaman sevindiricidir. Bu münasibətlə komanda yoldaşlarımı təbrik edirəm. Əlbəttə, daha yaxşı nəticəyə inanırdıq. Turnirdən əvvəl məqsəd yalnız çempionluq idi. Gümüş medalı normal nəticə kimi dəyərləndirirəm.


- Yəqin, razılaşarsan, 5-ci turda Rusiyanın "Sibir" klubuna məğlubiyyət çempionluq yolunda ən böyük zərbə oldu...
- Məğlubiyyətdən sonra ümid qalırdı. Amma başa düşürdük ki, artıq onlar liderdir. Çempionluq bizdən bir qədər uzaqlaşdı. Güclü heyətə malik komandadır. Avropa Kubokunda istənilən rəqibə qalib gələ bilərdilər. Əgər biz "Sibir"i saxlaya bilmədiksə, o biri komandaların bunu edəcəyinə inam az idi. Məğlubiyyətdən sonra liderliyə qayıdacağımıza inam azaldı.


- "Sibir"in çempionluğunda rusiyalı Vladimir Kramnikin rolunu xüsusi qeyd edirlər. Bu qələbədə Kramnik nə dərəcədə böyük rol oynadı?
- Kramnik güclü şahmatçıdır. Amma çempion olan komandadır. Ola bilərdi ki, Kramnik yaxşı oynasın, amma klub uğursuz çıxış etsin. Lakin belə olmadı. Klubda hər bir şahmatçı bir-birini tamamladı. Güclü kollektivləri var idi, layiqli oyunla çempion oldular. Kramnik bu yaşında çox gözəl performans sərgilədi. Son aylar çıxış etdiyi yarışlarda ən yaxşı oyununu gördük. Bununla belə qələbədə hər bir şahmatçının böyük rolu oldu.


- 2014-cü ildə çempion olan "SOCAR-Azərbaycan"a titulunu qorumaq üçün nə çatmadı?
- "SOCAR-Azərbaycan" iki dəfə Avropa Kubokuna sahib olub. Müxtəlif illərdə gümüş və bürünc medallar qazanmışıq. Əgər rəqabət olmasaydı, o zaman indi məyus olardıq. Lakin çox güclü rəqabət var idi. Medallar uğrunda 10-a yaxın komanda mübarizə aparırdı. Belə gərgin mübarizənin sonunda gümüş medal qazanmaq yaxşı nəticədir. Çempion olmamaq faciə deyil. Avropa Kubokunun qalibinin heyətində güclü şahmatçılar çıxış edib. Onlar bizdən geri qalmırdılar. Demək olar ki, bərabər komandalarıq. Sadəcə olaraq, hamı bizdən çempionluq gözləyirdi. Çempion olmayanda bəziləri üçün qəribə gəlir.


- Avropa Kubokunda oyununu necə qiymətləndirirsən?
- Son tura qədər çox yaxşı qiymətləndirirdim. Lakin 7-ci turda bir az vəziyyəti düzgün qiymətləndirmədim. Fikirləşdim ki, qələbəyə oynamaq olar. Heç-heçəyə razılaşmadım, mənasız risk etdim. Paralel keçən görüşdə lider "Sibir" məğlub durumda idi, uduzsaydılar qələbə qazanmaqla biz çempion ola bilərdik. Buna görə risk etdim. Mənasız risk etdim və uduzdum. Normalda risk etmədən uduzmazdım. 7 oyunda 3 qələbə qazandım. İki görüşdə heç-heçə oynadım və bir partiyada məğlubiyyət acısı yaşadım. Fikrimcə, normal oynadım. Daha yaxşı oyun gözləyirdim. Lakin turnir ağır keçdi. Son zamanlar ağır turnirlərimiz çox oldu. 


- "SOCAR-Azərbaycan"ın çıxışını 5 ballıq sistemlə neçə qiymətləndirərdin?
- Nəticəmizdən razı qaldım. Nəzərə almaq lazımdır ki, güclü heyətlə ümumiyyətlə mükafatçılar sırasına düşməyən komandalar oldu. 5 sistemlə Avropa Kubokundakı oyunumuza 4 verərdim.


- İlin son yarışı gələn ay İslandiyada baş tutacaq. Avropa Kubokundan sonra komandalar arasında Avropa çempionatında iştirak etmək çətin olmayacaq?
- Komandalar arasında Avropa çempionatı şahmatçılar üçün ilin əsas yarışlarından biridir. İndi desəm ki, yorğunam düzgün çıxmaz. Komanda yarışından daha yaxşı nəticə qazanmağa çalışacağıq. Makedoniyadakı nəticədən, oyun keyfiyyətindən narazı deyiləm. Sadəcə, daha yaxşı çıxış etmək olardı. Qitə birinciliyinə çempion kimi yollanacağıq. Son qalib kimi titulumuzu qorumaq üçün mübarizə aparacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail