Millilərə yeni baş məşqçilər təyin olundu
Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Stadium.az xəbər verir ki, iclasda Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandanın Cəbəllütariqdə keçirilən Avropa Çempionatında (C divizionu) çıxışı, müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığmaların baş məşqçilərinin təyinatı, kişilər arasında 28-ci ölkə çempionatına və yeniyetmə oğlanlar arasında iki yaş qrupunda (2000-2001 və 2002-2003-cü illər təvəllüdlü) keçiriləcək "Samsunq" Kuboku uğrunda yarışlara hazırlıq prosesi və təşkilatı məsələlər geniş müzakirə edilib.
Yekunda ABF Rəyasət Heyəti aşağıdakı qərarları qəbul edib:
1. 2015-ci il Avropa Çempionatının C divizionu yarışlarında Azərbaycanın yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandasının çıxışı qənaətbəxş sayılsın.
2. Azərbaycanın müxtəlif yaş qrupları üzrə yeniyetmə oğlanlardan ibarət yığma komandalarının baş məşqçiləri aşağıdakı kimi təsdiq edilsin:
Yeniyetmə oğlanlardan ibarət (U-18) yığma komandanın baş məşqçisi - Tahir Baxşıyev;
Yeniyetmə oğlanlardan ibarət (U-16) yığma komandanın baş məşqçisi - Samit Nuruzadə;
Yeniyetmə oğlanlardan ibarət (U-14) yığma komandanın baş məşqçisi - Fuad Niftəliyev.
3. Azərbaycan Basketbol Federasiyasının bəzi işçi orqanlarının rəhbərləri aşağıdakı kimi təsdiq edilsin:
Məşqçilər Şurasının sədri - Azər Əbülfəz oğlu Qədirov,
Hakimlər komissiyasının sədri - Tofiq İsmi oğlu Həsənov,
Nizam-İntizam komissiyasının sədri - Mehran Ağali oğlu Həmidzadə.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |