Bütün dünya “Qarabağ”la oynayacaq-

30.10.2015 | 3622 dəfə oxunub

Azərbaycan çempionu “Qarabağ”ın dünyanın ən tanınmış oyun və texnologiyalar şirkətlərindən biri olan KONAMI ilə əməkdaşlığı davam edir.

 

Stadium.az xəbər verir ki, Ağdam klubu Yaponiya firmasının istehsalı olan “Pro Evolution Soccer” oyunun 2015/16 mövsümü üçün hazırlanmış PES-2016 versiyasına əlavə edilib.

 

Artıq PES-2016 istifadəçiləri dünəndən “Qarabağ”ı seçməklə bu oyundan daha çox həzz almaq imkanına sahibdirlər. Təmsilçimizin olduğu yeniləməni oyuna əlavə etmək isə çox sadədir. Belə ki, sumilyatorun orijinalını istifadə edənlər oyuna daxil olarkən avtomatik yeniləmədən xəbər tutacaqlar. PES 2016-nın orijinal olmayan versiyasını istifadə edənlər isə həvəskar oyun saytlarından yükləmə paketini pulsuz əldə edə bilərlər.

 

Qeyd edək ki, yeniləmə paketi ilə oyuna Türkiyədən də bir klub əlavə edilib. Bu, Azərbaycanda da kifayət qədər azarkeşi olan “Qalatasaray”dır. publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail