"Uğurlu çıxışımızın səbəbi məşqçi işi və mehriban kollektivimizdi"

04.11.2015 | 2446 dəfə oxunub

“5 oyundur uduzmuruq. Şükür, hər şey öz qaydasında gedir. Turnir cədvəlində üst pillələrdə olan komandalara çatmışıq”.

 

Stadium.az xəbər verir ki, bu sözləri klub saytına “Kəpəz”in futbolçusu Bəxtiyar Soltanov deyib.

Gəncə klubunun hücumçusu komandanın çıxışı haqda daha sonra bunları əlavə edib: “Son vaxtlar uğurlu çıxış etməyimizə baxmayaraq, rahatlaşmaq olmaz. Qarşıdakı oyunlara var gücümüzlə hazırlaşıb bu seriyanı davam etdirməliyik. İnşallah, arzuladığmıza nail olarıq”.

 

“Kəpəz” çempionatın son 5 turunda 4 qələbə qazanaraq 1 oyunda heç-heçə edib. Xal ehtiyatını 18-ə çatdıran “sarı-göylər” turnir cədvəlində 4-cü pilləyə yüksəlib: “Uğurlu çıxış etməyimizə məşqçi işi və mehriban kollektivimiz səbəb yaradıb. Bu planda klub rəhbərliyinin də dəstəyini vurğulaya bilərəm. Azarkeşlərdən isə ayrıca danışmaq lazımdır. Sağ olsunlar, hər oyunumuza gəlirlər. Harada oynamağımızdan, havanın necə olmasından asılı olmayaraq yanımızdadılar, bizə dəstək verirlər. Fanatlarımıza minnətdaram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail