Sadıq Sadıqov kikboksçularla görüşdü

05.11.2015 | 2678 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqradda keçirilən kikboksinqin WAKO versiyası üzrə XX dünya çempionatına yekun vurulub.

Azərbaycan kikboksçuları çempionatın 7 medalını qazanıblar ki, onlardan da 4-ü "Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur. İdmançılarımızdan Anar Məmmədov (51 kq) və Ehram Məcidov (+94 kq) dünya çempionatının gümüş, Çingiz Əhmədzadə (51 kq) ilə Ramiz Məmmədov (54 kq) isə bürünc medalını qazanıblar.

Artıq kikboksçularımız Vətənə dönüblər. "Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çempionatda böyük uğura imza atmış idmançılarla görüşüb. O, respublikamızda dövlət başçısı tərəfindən aparılan məqsədyönlü idman siyasətindən və Olimpiya Hərəkatı sahəsində görülən işlərdən söhbət açıb. Aparat rəhbəri ölkəmizdə idmanın sürətli inkişaf etməsi sayəsində bir çox mötəbər idman tədbirlərinin, eləcə də ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin respublikamız üçün böyük uğur olduğunu qeyd edib. Natiq klubun yetirmələrinin beynəlxalq arenalardakı uğurlu çıxışlarını və ölkəmizi layiqincə təmsil etmələrini də xüsusi vurğulayıb.

Sonra o, idmançıları qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edib və gələcək yarışlarda onlara uğurlar diləyib.

Ehram Məcidov səmimi görüşə və onlara göstərilən qayğıya görə kikboksçular adından "Neftçi İdman Klubu” İctimai Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra daha da intensiv çalışacaqlarına və beynəlxalq yarışlarda respublikamızın idman şərəfini layiqincə qoruyaraq möhtəşəm qələbələr qazanacaqlarına inandığını söyləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail