“Cüdo idman növü üzrə yaxın və uzaq hədəflər müəyyənləşdirilib”

06.11.2015 | 2428 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasında yeniliklər baş verib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev federasiyanın prezidenti, Sadıq Sadıqov və Elnur Məmmədli vitse-prezidentlər seçiləndən sonra İcraiyyə Komitəsinin üzvləri və məşqçilər korpusunda da dəyişikliklər oldu. İlk növbədə cüdo idman növü üzrə yaxın və uzaq hədəflər müəyyənləşdirildi və tədbirlər planı hazırlandı.

Bu sözləri Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Bakı şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Qeyd edib ki, cüdo Olimpiya idman növü olduğuna görə, idmançılarımızın qarşısına növbəti ildə keçiriləcək Rio Olimpiadasına maksimal sayda lisenziyalar qazanmaq məqsədi qoyulub. Bu məqsədə çatmaq üçün federasiya da müəyyən işlər həyata keçirir. Azərbaycanda cüdo idman növünə yeni yanaşma tərzi var. Baş məşqçi dəyişikliyindən sonra yığma komandamıza yeni ab-hava gəlib. Təlim-məşq toplanışları və məşqlər zamanı texniki-taktiki hazırlıq gücləndirilib. Millimiz son müddətdə bir çox lisenziya xarakterli yarışlara ezam olunur. Bu yaxınlarda Abu-Dabidə keçirilən növbəti lisenziya xarakterli yarışda da idmançılarımız lisenziya əmsallarını yaxşılaşdırdılar. Eyni zamanda, Koreya Respublikası, Monqolustan, Qazaxıstan, Çin və Avstraliyada bir çox yarışlara nümayəndə heyətimizin ezamiyyəsi nəzərdə tutulub. Hədəf ağır çəki dərəcələrində də idmançılarımızın reytinq əmsallarını yaxşılaşdırmaqdır. Yığmamızın 2, 3, 4-cü nömrələrinin ayrı-ayrı yaş qruplarında və çəki dərəcələrində sparinq-rəqib qismində hazırlanması üçün yarış təcrübəsinin artırılması da nəzərdə tutulub.

Federasiya rəsmisi bildirib ki, milli komandamız vitaminizasiya, avadanlıq, ekipirovka və geyim ləvazimatları ilə təmin olunub. Onun sözlərinə görə, tibbi müayinə və tibbi bərpa işləri ilə əlaqədar olaraq xüsusi qrup dəvət olunub və bu sahədə təcrübəli həkim briqadası işlərə başlayıb.

“Bu gün həm KİV ilə iş, həm rəsmi sayt və loqonun yenilənməsi, həm də “online” rejimdə Dünya və Avropa Cüdo Federasiyaları ilə işlərin gücləndirilməsi istiqamətində əməli işlər həyata keçirilir. Hakimlər korpusunda gənc nəslin formalaşdırılması, hakimlik dərəcələri və idman ustası normativlərini müəyyənləşdirmək üçün tədbirlərin təşkili istiqamətində rəhbərlik tərəfindən xüsusi tapşırıq verilib”, - deyə R.Abbasov əlavə edib.

Onun sözlərinə görə, cüdo idman növündə statistikanı əks etdirən bazanın yaradılması nəzərdə tutulub. Federasiya rəsmisi rəhbərliyin mütəmadi olaraq idmançılarla görüşdüyünü, onların xahişlərini nəzərə aldığını və bütün məqamlara xüsusi diqqət göstərdiyini deyib.

Raqif Abbasov cüdoçularımızın uğurlu çıxışlarla xalqımızı sevindirəcəyinə əminliyini ifadə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail