Yeni hakimlər üçün növbəti təlim-seminar keçirilib

10.11.2015 | 2440 dəfə oxunub

Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası yeni hakimlər üçün növbəti təlim-seminar keçirib.


Stadium.az xəbər verir ki, hakimliyə yeni başlayacaq gənclərə güləş qaydaları barədə nəzəri və praktiki biliklər paylaşılıb. Gənc hakimlər ilk olaraq 12-13 noyabrda Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında kiçik yaşlı yeniyetmələr arasında keçiriləcək "Gələcəyin Olimpiyaçıları" komanda yarışlarında sınaqdan keçiriləcək. Sınaqdan uğurla keçən gənclər milli dərəcəli hakim kimi yerli turnirlərdə görüşlərin idarə edilməsində iştirak edəcək.

AGF Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi gənclərin hakimliyə marağının yüksək olduğunu bildirib: "Biz mütəmadi olaraq hakimliyə maraq göstərən gənclərlə görüşlər keçiririk. Hər bir yarışdan öncə hakimlər üçün təşkil etdiyimiz seminarlarda mövcud güləş qaydaları barədə məlumatlar paylaşır, mübahisəli epizodlar barəsində fikir mübadiləsi aparırıq. Sevindirici hal odur ki, gənclərimizin güləş idmanına olduğu kimi, güləş hakimliyinə də böyük maraqları var. Biz də Kollegiya olaraq çalışırıq ki, onların bu maraqlarını, istəklərini reallaşdırmalarına yardım edək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail