"Hər şey FİFA prezidentinin kimin olacağından asılı olacaq”

11.11.2015 | 1257 dəfə oxunub

UEFA prezidenti Mişel Platini seçkilərə qatıla bilməsə 2018-ci ildə dünya çempionatının Rusiyada keçirilməsində problemlər ortaya çıxa bilər.


Stadium.az xəbər verir, belə bir sensasiya doğuran açıqlama ilə Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov çıxış edib. V. Koloskovun qənaətinə görə, Platini FİFA prezidenti Yozef Blatterdən qanunsuz iki milyon İsveçrə frankı alması şübhəsi ilə müvəqqəti tutduğu vəzifədən kənarlaşdırılıb. Onun fikrincə, UEFA prezidentinin 2016-cı ilin fevralın 26-na nəzərdə tutulan seçkilərə buraxılması hələ sual altındadır. İstənilən halda, Futbol İttifaqının fəxri prezidenti əminliklə bildirib ki, Rusiyanın əlindən qanuni yolla bu mötəbər turnirin keçirilmə haqqını almaq müşkül məsələdir.

“Qanun çərçivəsində Rusiyanı dünya çempionatıni keçirməkdən təcrid etmək mümkünsüzdür. Unutmaq lazım deyil ki, bunun üçün qanunsuz bəhanələr də mövcuddur. Ona görə də, hadisələrin gedişatını daima izləmək lazımdır. Hər şey FİFA prezidentinin kimin olacağından asılı olacaq”, - deyə V. Koloskov bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.06.2020

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ