XIII beynəlxalq şahmat turnirinin ilk qalibləri məlumdu

12.11.2015 | 1246 dəfə oxunub

“Gənclik” şahmat klubunun 5 illiyinə həsr edilmiş XIII beynəlxalq turnirin qalibləri məlum olub.

Stadium.az xəbər verir ki, “B” turnirində 3 ölkənin – Azərbaycan, Hindistan və Kanadanın nümayəndələri iştirak edib. 7 mümkün xaldan 5,5 xal toplayan Hindistan şahmatçısı Akxan Handun fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan idmançısı Elvin Bail 5 xal toplayaraq turnirin gümüş mükafatçısı olub, aktivində 4 xal olan digər həmvətənimiz Teymur Əsgərxanov isə bürünc medal qazanıb.

8 ölkəni (Azərbaycan, Rusiya, ABŞ, Hindistan, Gürcüstan, Fransa, Ukrayna və Litva) təmsil edən 40-dan çox şahmatçının iştirak etdiyi əsas “A” turnirində isə altı tur keçirilib.

Uşaqlar arasında beynəlxalq şahmat turniri 7 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilir.

Turnirin sponsorları “McDonalds” və “Bakcell” şirkətləridir. “Bestkom” və “Canon” şirkətləri isə yarışların qaliblərinə və mükafata layiq yerləri tutmuş digər idmançılara verilmək üçün mükafatlar və hədiyyələr təqdim edəcəklər.

“A” turnirinin qalibləri noyabrın 13-də məlum olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.06.2020

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ