“Bakı-2015”in nəticələr Baş Assambleyada müzakirə olundu

22.11.2015 | 2094 dəfə oxunub

Xəbər verdiyimiz kimi, noyabrın 20-21-də Çexiyanın paytaxtı Praqada Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyası keçirilib.

Stadium.az xəbər verir ki, Assambleyada ölkəmizi gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva və digər şəxslər təmsil ediblər.

Baş Assambleyanın birinci günündə “Bakı-2015” birinci Avropa Oyunları və bu mötəbər idman yarışının nəticələri müzakirə olunub.

Assambleyanın açılışında çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının yüksək səviyyədə və çox böyük uğurla keçirildiyini vurğulayıb.

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki “Bakı-2015”in bu ilin ən uğurlu idman hadisəsi olduğunu qeyd edib. O, Oyunların möhtəşəmliyini, dünya standartlarına uyğun təşkilini, “Bakı-2015”in keçirilməsində əməyi olan hər kəsin, xüsusilə könüllülərin peşəkarlığını və vətənpərvərliyini xüsusi qeyd edib.

AOK-un baş katibi Rafaello Paqnotsi və İcraiyyə Komitəsinin üzvü Zlatko Matesa da çıxışlarında birinci Avropa Oyunlarında əldə edilmiş uğurlardan və ümumiyyətlə, “Bakı-2015”in Avropanın idman tarixində yeni səhifə olduğundan söz açıblar.

A.Rəhimov birinci Avropa Oyunlarının yekun hesabatını təqdim edib. Nazir Oyunlarla bağlı statistik rəqəmləri, yarışların ölkəmiz və Avropa üçün əhəmiyyətini diqqətə çatdırıb. O, birinci Avropa Oyunlarına hazırlıq üçün cəmi 2 il yarım vaxt ayrılmasına baxmayaraq, ölkəmizin yüksək təşkilatçılıq nümayiş etdirərək qısa müddətdə bu yarışlara ən mükəmməl şəkildə ev sahibliyi etdiyini bildirib. Nazir növbəti Avropa Oyunlarını keçirəcək ölkəni hazırlıq prosesi zamanı Azərbaycanın təcrübəsindən yararlanmağa çağırıb.

Sonra birinci Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Videoçarxın nümayişindən sonra AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilə bağlı gözəl xatirələrdən hər kəsin təsirləndiyini qeyd edib. O, müasir və inkişafda olan ölkəmizin hər bir avropalı üçün yenidən kəşf edildiyini xüsusi vurğulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail