Güləşçilərimiz bürünc medal uğrunda mübarizə aparacaq

11.12.2015 | 2393 dəfə oxunub

Qadın güləşi üzrə açıq Rusiya kuboku yarışlarında Azərbaycan millisinin iki üzvü bürünc medal uğrunda görüşə çıxacaq.

Stadium.az xəbər verir ki, turnirdə 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova yerli güləşçilər Stalvira Orşuş və Yekaterina Krasnovanı üstələyərək yarımfinala yüksəlib. Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə qatılacaq. Güləşçimizin rəqibi Qazaxıstan təmsilçisi Juldız Eşimova olacaq.

Digər idmançımız Tatyana Omelçenko (60 kq) mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə rusiyalı Yelizaveta Sorokina üzərində tam üstünlüklü qələbə qazanan güləşçimiz növbəti görüşdə digər yerli idmançı Lyubov Ovçarovaya məğlub olub. Rəqibin finala çıxması ilə Tatyana Omelçenko bürünc medal şansı əldə edib. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Yekaterina Vyunova (Rusiya) olacaq.

Turnirə dekabrın 11-də yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail