Cüdoçumuz Kubada qızıl medal qazandı

24.01.2016 | 2648 dəfə oxunub

Kubanın paytaxtı Havanada cüdo üzrə Qran-Pri yarışları davam edir. Stadium.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan milli komandasının daha 3 üzvü qüvvəsini sınayıb.

Dünya reytinqində lider olan cüdoçumuz Rüstəm Orucov yarışa ikinci mərhələdən qoşulub. 73 kq çəki dərəcəsində çıxış edən Orucov finala gedən yolda öncə Çernoqoriya təmsilçisi Nikola Qusiçə, daha sonra italiyalı Enriko Parlatiyə qalib gəlib. 1/4 finalda qanalı Emmanuel Nartey üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Monqolustan idmançısı Odbayar Qanbatarı da məğlub edərək adını finala yazdırıb. Həlledici qarşılaşmada BƏƏ təmsilçisi Viktor Skvortova vazari fəndi ilə qalib gələn Rüstəm Orucov Kuba Qran-Prisinin qızıl medalını qazanıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli Qran-Pridə 1/4 finala qədər yüksələ bilib. Lakin bu mərhələdə məğlub olan Alimli təsəlliverici görüşlərə qatılıb. İlk qarşılaşmasında məğlub olan cüdoçumuz 7-ci yeri tutub.

81 kq çəki dərəcəsində yarışan digər təmsilçimiz Əbdülhəq Rəsullu  isə mübarizəni erkən dayandırıb.

Beləliklə, Kuba Qran-Prisində cüdo üzrə Azərbaycan milli komandasının aktivində 1 qızıl və 1 bürünc medal var.

Qran-Prinin ilk günündə Orxan Səfərli (60 kq) bürünc medal qazanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail