"Neftçi İdman Klubu"nun yeniyetmələrindən daha 5 medal

29.01.2016 | 2092 dəfə oxunub

2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında keçirilən boks üzrə Azərbaycan birinciliyi sona çatıb.

Stadium.Az xəbər verir ki, Azərbaycan Boks Mərkəzində təşkil olunan yarışda 40 komandanın heyətində 235 dəri əlcək ustası 14 çəki dərəcəsi üzrə mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun yeniyetmələri ölkə birinciliyinin 5 medalını (2 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar. Boksçularımızdan 50 kq çəkidə çıxış edən Əflatun Babayev və Həmid Qədirov bütün qarşılaşmalardan qalib ayrılaraq Azərbaycan çempionu adına yiyələniblər. Yalnız final görüşündə məğlub olan Həsən Məmmədovla (63 kq) Elçin Əsgərov (75 kq) gümüş medallara layiq görülüblər. Şirxan Məlikov (46 kq) isə fəxri kürsünün 3-cü pilləsi ilə kifayətlənməli olub.

“Neftçi İdman Klubu” komanda hesabında 3-cü yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail