Əsgər Abdullayev: "Əsas odu ki, qalib gəldik"

30.01.2016 | 2660 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununda “Neftçi” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabıyla məğlub etdi. Stadium.Az xəbər verir ki, Bakı klubunun baş məşqçisi Əsgər Abdullayev qələbə barədə belə danışıb:

"Sumqayıt"ın heyətinə yeni, güclü oyunçular qatdığını, çətin oyun olacağını bilirdik. Düşündüyümüz kimi də oldu. Əsas odu ki, qalib gəldik.

Hesabdan razı qaldım. Oyuna gəldikdə isə komanda qış fasiləsindən yeni qayıdıb. Ona görə, hələ tam oturuşmayıb. Bakıda qalmağımızın bizə xeyri oldu. Belə ki, burda təlim-məşq toplanışı keçməklə, əvəzedici heyətin oyunçularını da sınaya bildik. Əlbəttə, xaricdə təlim-məşq toplanışı keçməyin də öz üstünlükləri var. Belə olan halda, daha güclü rəqiblərlə qarşılaşaraq, komandanın gücünə daha yaxşı bələd olursan.

"Xəzər Lənkəran"la oynayanda Elşən Rzazadənin oyununu bəyənmişdim. Ötən il o, hətta milliyə də dəvət olunmuşdu. Fikrincə, onun komandaya xeyri dəyəcək. Komandaya hücumçu transfer etsək, yaxşı olar. Dayaq yarımmüdafiəçisi mövqeyinə Elşəni cəlb etdik. Bir də sol cinah müdafiəçisinə ehtiyac var. Mənim Kauenin komandadan göndərilməsi ilə bağlı heç bir məlumatım yoxdu. O, hələ ki, komandadı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail