Bolqarıstanda daha bir medal qazandıq

31.01.2016 | 2782 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. Stadium.Az xəbər verir ki, mötəbər turnirdə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində çıxış edən Tural Səfquliyev yarımfinala gedən yolda rusiyalı Rüstəm Əmirmetov, hollandiyalı Miçel Verhagen və gürcüstanlı Tornike Jugeliyə qalib gəlib. Yarımfinalda Belarus təmsilçisi İlhar Zhukauya məğlub olsa da, Hollandiya cüdoçusu Daks Beysbruk üzərində qələbə qazanaraq bürünc medal qazanıb.  

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Alimli və Ziya Namazov Avropa kubokunda 7-ci olublar.

Digər cüdoçularımız – Elvin Əhmədli (81 kq), Məmmədəli Mehdiyev, Vasif Şərbətli (hər ikisi 90 kq), Musa Şəkərəliyev, Firudin Dadaşov və Cəlil Şükürov (hər üçü 100 kq) mübarizəni erkən dayandırıblar.

Bununla da, cüdo üzrə Azərbaycan milli komandası Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş Avropa kubokunda 1 qızıl, 2  bürünc medala sahib olub. Ölkəmizə qızıl medalı Oruc Vəlizadə (60 kq), bürünc medalları isə İlkin Babazadə (66 kq) və Tural Səfquliyev (90 kq) qazandırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail