Millimizin baş məşqçisi bazarkom olub

03.03.2016 | 2883 dəfə oxunub

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin ölkəsinə yollanmasının səbəbi bəlli olub. Stadium.az xəbər verir ki, xorvatiyalı çalışdırıcı Zaqrebdə yarmarkanın açılışında iştirak edib.

Ötən həftəsonu baş tutan açılışa Prosineçki ilə birlikdə həmyerlisi, 81 yaşlı məşqçi Miroslav Blajeviç də qatılıb.

Prosineçkinin həmin yarmarkaya Azərbaycan yığmasındakı köməkçisi Yanko Yankoviçlə birlikdə sərmayə qoyduğu bildirilir. 47 yaşlı çalışdırıcı məhz bu səbəbdən açılış mərasiminə özü də qatılıb.

Təkcə yığmamızdakı fəaliyyəti ilə kifayətlənməyən Prosineçki yayda Fransada keçiriləcək Avropa çempionatı zamanı da boş dayanmayacaq. Belə ki, o, Xorvatiya millisinin oyunlarında ekspert-şərhçi funksiyasını yerinə yetirəcək.

2002-ci ildə keçirilən dünya çempionatında eyni missiyanı Prosineçkinin yaxın dostlarından olan Blajeviç yerinə yetirmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail