“Qəbələ” İdman Klubu yeni aksiyaya start verdi

09.03.2016 | 3195 dəfə oxunub

“Qəbələ” İdman Klubu yeni aksiyaya start verib. Stadium.Az xəbər verir ki, daha öncə də məktəblilərin iştirakı ilə layihələr həyata keçirən klub bu aksiya ilə növbəti yeniliyə imza atıb.

Belə ki, klubun sifarişi ilə hazırlanan məktəb ləvazimatları dəstləri (azyaşlılar və yuxarı sinif şagirdləri üçün fərqli olmaqla) şagirdlərə təqdim edilir. Qəbələ rayonundakı 68 məktəbdə təhsil alan 17 min şagirdi əhatə edən bu sosial aksiyanın məqsədi şagirdlərin idmana – futbola olan marağını artırmaq, idmanı təhsil vasitələri ilə - təhsildən ayrılmadan sevdirməkdi.

Artıq bütün kənd məktəblərinə ləvazimatlar paylanıb. Aksiyanın davamı kimi klub nümayəndələri Qəbələdəki orta məktəbləri ziyarət edəcək. Bu prosesə isə bu gün start verilib. Belə ki, “qırmızı-qaralar”ın futbol direktoru Toni Adams, baş meneceri Zaur Əzizov, kommersiya direktoru Mustafa Aztopal və marketinq üzrə menecer Səməd Nəsibov 1 saylı orta məktəbdə şagirdlərlə görüşüblər.

Adams qısa nitqində məktəbliləri “Qəbələ”ni dəstəkləməyə çağırıb: “Bu cür layihədə iştirak etdiyim üçün çox şadam. Bu klub prezidentinin düşündüyü layihədi. Altı ildi burda olsam da, ilk dəfədi sizinlə görüşə gəlirəm. Bizim oyunlarımızı izləməyə gəlsəniz, söz verirəm ki, bura yenə gələcəm. İstəyirəm ki, “Qəbələ” komandasını dəstəkləyəsiniz. Bilirik ki, akademiyamızda təhsil alanların 50 faizi Qəbələdəndi. Onlarla yaxından maraqlanmalı, klubun azarkeşi olmalarına nail olmalıyıq”. 

“Qəbələ”nin kommersiya direktoru Mustafa Aztopal da bunun çox uğurlu layihə olduğunu söyləyib: “Əslində, bu layihə çoxdan planlaşdırılırdı. Mövsümün sonuna qədər Qəbələdəki 68 məktəbin hamısını ziyarət edəcəyik. Bizim iki məqsədimiz var. Birincisi, uşaqların təhsili ilə maraqlanmaq, onlara yardımçı olmaqdı. İkincisi, onların kluba olan sevgisini artırmaq, oyunlarımıza azarkeş kimi cəlb etməkdi. İnanırıq ki, bu məktəblərdən təkcə Azərbaycan yox, Avropa səviyyəli futbolçular çıxacaq”.

Sonda şagirdlərə hədiyyələr paylanılıb və xatirə şəkli çəkdirilib.

“Qəbələ” mayın sonlarına qədər bütün orta məktəbləri ziyarət edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail