Rauf Əliyev nə vaxt oynayacaq?

18.03.2016 | 3473 dəfə oxunub

“İnter”in uzun müddətdi zədəli olan futbolçusu Rauf Əliyevin yaşıl meydanlara nə vaxt qayıdacağına aydınlıq gəlib. Stadium.Az xəbər verir ki, millimizin üzvü gələn ayın əvvəlində yaşıl meydanlara dönəcək.

Paytaxt klubunun meneceri Aleksey Barvinskinin sözlərinə görə, Raufun vəziyyəti gündən-günə yaxşılaşır: “Artıq kollektivlə birgə məşqlərdə iştirak edir. Zədəsini sağaltmaq üzrədi. Təxminən 2 həftədən sonra tam sıraya dönəcək”.

Lakin bu o demək deyil ki, Rauf sıraya dönən kimi “İnter”in əsas komandasına kömək edə biləcək. 27 yaşlı hücumçu formasını bərpa etmək üçün bir müddətlik əvəzedici komandaya göndəriləcək: “Raufu əvvəlcə əvəzedici heyətdə meydanda görə biləcəyik. Gərək formasını tam bərpa etsin ki, əsas komandaya qayıtsın”.

Rauf Əliyev Premyer Liqasının cari mövsümündə 4 oyunda iştirak edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail